Yuxarı

Sabirabadda yol terroru: ölən var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

"Axar.az"ın "Anspress.com"a istinadən verdiyi xəbərə görə, ağır yol qəzası Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 24-cü km-də, Sabirabadın Şəhriyar kəndi ərazisində qeydə alınıb. Şirvan istiqamətində hərəkətdə olan "Mersedes" markalı minik maşını qarşıdan gələn "Hovo" markalı yük maşını ilə toqquşub. Yük maşınının arxasınca gələn "Lada Priora" da "Hovo"nun arxasına çırpılıb.

Qəza nəticəsində tamamilə yararsız hala düşən "Mersedes"də sərnişin Sabirabad rayon Şəhriyar kənd sakini 1978-ci il təvəllüdlü Fərzəliyev Valeh Güloğlan oğlu ağır xəsarətlərlə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına daxil olarkən dünyasını dəyişib. "Mersedes"in sürücüsü Elvin Alışanov, "Lada"nın sürücüsü Elçin Cəfərov və sərnişin Səyyad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisəyə səbəb olaraq "Mersedes"in yük maşınının hərəkət zolağına çıxması göstərilir. Faktla bağlı BDYPİ tərəfindən araşdırmalara başlanılıb.

Tarix
2013.11.14 / 01:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla