Yuxarı

Eldar Namazov Milli Şura üzvlərini məsuliyyətli olmağa çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda yayılan xəbərlərə görə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla "EL" hərəkatının sədri Eldar Namazov arasında gərginlik yaranıb.

Münasibətlərin gərginləşməsinə səbəb isə tərəflər arasında maliyyə məsələsinin olduğu bildirilir. Rüstəm İbrahimbəyovun Londona səfər etməməsi və daha sonra Tiflisə gəlib Cəmil Həsənli ilə təkbətək görüşməsinin səbəbi də Eldar Namazovla üz-üzə gəlmək istəməməsi olub.

Məsələ ilə bağlı Eldar Nazmovla əlaqə yaratdıq. "EL" hərəkatının sədri yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirdi və bunu Milli Şuraya qarşı qara piarın bir hissəsi adlandırdı: "Tamamilə yalan məlumatdır. Bizim Rüstəm müəllimlə çox gözəl münasibətlərimiz var. O gün də ANS-in muxbirinin yanında Rüstəm müəllimə zəng vurub, hal-əhval tutdum. Bu cür dezinformasiyaların yayılmasını Milli Şuraya qarşı növbəti qara piarın bir hissəsi hesab edirəm".

Eldar Namazov həmçinin Rüstəm İbrahimbəyovun APA-ya verdiyi müsahibəyə toxunaraq indiki həssas dönəmdə Milli Şura üzvlərini məsuliyyətli olmağa çağırıb:

"Bilirsiz, bu, hakimiyyətə yaxın mətbu orqanların Milli Şura ətrafında yaratmaq istədiyi növbəti ajiotajdır. Hesab edirəm ki, Rüstəm bəyin fikirlərini təhrif ediblər. Çünki biz onunla danışanda Rüstəm müəllim tamam başqa ab-havada olur. Yenə də düşünürəm ki, seçki təbliğatının həssas dönəmində Milli Şurada təmsil olunanlar prezidentliyə namizədimiz Cəmil Həsənlinin qələbəsi üçün hər cür fədakarlığa hazır olmalıdırlar. Əlbəttə ki, Milli Şura barəsində verdikləri açıqlama və müsahibələrdə də olduqca məsuliyyətli olmaq lazımdır".

Tarix
2013.09.16 / 12:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla