Yuxarı

Polis döyülən qadının ekspertiza rəyini “itirib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon "DSK 4" adlanan yataqxananın sakini Həsrət Əliyeva "Axar.az"a müraciət edərək, başına gələnləri nəql etdi. Həsrət xanım söhbətində bildirdi ki, müxtəlif ağır fiziki iş tələb edən yerlərdə işləyib. Hazırda daş karxanasında işləyir Həsrət xanım.

"Qobustan Balıq Evi" kafesində zorakılıq

Həsrət xanım bir ildən çoxdur ki, əslən Gürcüstan vətəndaşı olan Asəf adlı iş adamı tərəfindən təhqirlərə və fiziki zorakılığa məruz qaldığını deyir. Nə şikayət etdiyi polis bölməsi, nə də ki, zədələri ilə bağlı ekzpertizadan müsbət cavab ala bilib. Hadisə isə 2012-ci ilin yay aylarında Səngəçaldakı Bağ Evləri massivində, "Varlılar məhləsi" adlanan küçədə yerləşən "Qobustan Balıq Evi" kafesində baş verib.

- İşə götürüləndə müdir yalnız aşpaz işləyəcəyimi desə də, sonradan əlavə tələblər ortaya çıxdı. Belə ki, onun dediklərini etmədikdə, təzyiqə məruz qaldım. Mənə münasibət çox pis idi. Amma mən məcburi köçkün, işsiz olduğum üçün işləyirdim. Zorakılıq isə kafeyə əxlaqsız bir qadının nahar etməyə gəlməsindən sonra son həddə çatdı. Aşpaz olsam da, müdir bu qadına xidmət etməyimi, qulluq göstərməyimi tələb etdi. Məni aşağıladı. Etiraz etdim. Bu zaman müdir səs tonunu qaldırdı. Daha sonra mübahisə böyüdü və mənə fiziki güc tətbiq etdi. Məni küçəyə qədər döyərək çıxartdı".

Yol polisləri köməyə gəlir

- Heç kim məni onun əlindən ala bilmirdi. Vəhşi kimi döyürdü. Söyür, təpikləyirdi… Yaxınlıqdakı yol polisləri köməyə gəldi. Məni onun əlindən ala bilmədilər. Hətta Asəfin qardaşı Azər də onu aralamaq istədi, mümkün olmadı.

Xanımın dediyinə görə, bir qədər keçdikdən sonra müdir yorulub dayanıb. Amma xanımın kafedə qalan paltarlarını, telefonunu və digər əşyalarını vermək istəmir.

Polislərin çağırdığı Təcili Yardım maşını Həsrət xanımı Musa Nağıyev adına 1 saylı kliniki xəstəxanaya (SEMAŞKA) aparıb. Oradan da polislərə təhvil veriblər. Daha sonra ekzpertizaya göndərilib.

11-ci bölmədən 11 metrlik zərbə

- Mənim işimi Qaradağ rayonundakı 11-ci bölmənin rəisi şəxsən özü nəzarətə götürəcəyini dedi. Ordan sənədləri Lökbatandakı 9 saylı ekspertiza komissiyasına göndərdilər. Rəis dedi ki, ekzpertizanın cavabları bölməyə gəldikdən sonra tədqiqat işi yekunlaşacaq. Amma ekzpertizanın cavablarını guya itiriblər. Rəisin bu sayğısılığı daha ağır zərbə oldu. Mənim qıçlarım, başım ağır zərbələrdən zədə almışdı. Bir neçə gün reanimasiyada yatmışam. Hanı o sənədlər? Niyə bizim qanunlar işləmir? Hanı bizi qoruyan dövlət?

Sənədlər hər yerdən itib

Məsələ ilə əlaqədar olaraq Lökbatan rayon 11-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən bildirildi ki, baş verən hadisə barədə məlumat yoxdur. Bölmənin rəisi ilə əlaqə saxlamağa çalışsaq da, bildirdilər ki, bölmə rəisi Vüsal Qaraşov bu gün olmayacaq.

Daha sonra Rayon Ekzpertiza İdarəsi ilə əlaqə saxladıq. Komissiyadan bildirildi ki, məsələ ilə əlaqədar məlumatlar heç arxivdə belə qalmayıb.

Tarix
2013.09.30 / 12:26
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla