Yuxarı

"Böyük gəlir əldə edənlər vergidən yayınır"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şou-biznes əhlinin qəpik-quruşla vergi verməsi normal hal deyil".

"Axar.az" xəbər ki, bunu hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov bildirib. O qeyd edib ki, dövlət büdcəsinin onu qane etməyən ən pis cəhəti vergi daxilolmalarının xüsusi çəkisinin büdcə gəlirləri içərisində çox az (son 7-8 ildə 52 faizdən 33 faizə düşüb) olmasıdır:

"Bu çox qeyri-normal haldır. Heç kimə sirr deyil bu gün çoxlu sayda vergidən yayınma halları var. Elə sferalar var ki, ümumiyyətlə vergiyə cəlb olunmayıb, olunubsa da belə, oranın gəliri ilə vergi arasında çox kəskin surətdə uyğunsuzluq var. Azərbaycanda maşın yumaqla özünə çörək qazanan insan vergi verirsə, şou-biznes əhlinin qəpik-quruşla vergi verməsi normal hal deyil. Bundan başqa, on minlərlə qeyri-yaşayış sahəsinin vergiyə cəlb olunmaması da normal hal deyil".

Vergidən yayınma hallarının əsasən böyük gəlir əldə edən insanlara aid olduğunu deyən Rafael Cəbrayılov daha çox azgəlirli insanların vergiyə cəlb olunduğunu sözlərinə əlavə edib. Vergilər Nazirliyinin 2013-cü ildə qeyri-leqal gəlirlərin aşkarlanması və vergiyə cəlb olunması ilə bağlı keçirtdiyi tədbirləri xatırladan millət vəkili bu tədbirlərin insanların məşğulluq və işsizlik səviyyəsinə öz müsbət təsirini göstərdiyini söyləyib:

"Bu kampaniya xarakteri daşımamalıdır və mütəmadi olaraq keçirilməlidir. Amma Azərbaycanda elə bir şərait yaratmaq lazımdır ki, məşhur Amerika prezidentlərinin dediyi kimi, "bir ölümdən, bir də vergidən yayınmaq olmaz" prinsipi işləsin. Vergidən yayınma halı elə bir şeydir ki, əgər bugünkü nəsil onu normal qəbul edirsə, bu, onların övladlarına da təsir edəcək. İnsanları elə formada tərbiyə etmək lazımdır ki, heç kim vergidən yayınmasın".

Verginin xüsusi çəkisinin artırılması deyəndə verginin artırılmasını nəzərdə tutmadığını deyən R.Cəbrayılov əlavə edib ki, əksinə, vergi siyasətini elə qurmaq lazımdır ki, vergi tədricən azalsın: "Vergi siyasətini dərininə yox, yana inkişaf etdirmək lazımdır. Yəni, verginin əhatəliliyini artırmaq lazımdır".

Tarix
2013.11.18 / 15:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla