Yuxarı

Öcalan: “Bərzani ilə Diyarbəkirə getmək istəyərdim”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Diyarbəkirdə Məsud Bərzani ilə görüşü haqqında danışan PKK-nın keçmiş idarəçilərindən və Abdullah Öcalanın Şimali İraqda yaşayan qardaşı Osman Öcalan: "Mən də hörmətli Məsud Bərzani ilə Diyarbəkirə getmək istəyərdim. Həll və barış müddətində üstümə düşən rolumu oynamaq istəyirəm", - deyib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şimali İraqda yayımlanan "Avene" adlı qəzetə açıqlama verən Osman Öcalan baş nazir Ərdoğan və Məsud Bərzaninin Diyarbəkir görüşünü qiymətləndirib. Öcalan, Bərzaninin Diyarbəkir ziyarətindən Abdullah Öcalanın xəbəri olduğunu bildirərək, "Əgər Öcalan görüşə qarşı olsa, PKK bu görüşə qarşı etiraz aksiyası keçirərdi. PYD bu görüşü istəmirdi, amma qarşı çıxmadı",- deyib.

Mən də olmalıydım

Osman Öcalan Məsud Bərzaninin Diyarbəkir səfərinin məqsədinin həll və barış müddətinə dəstək olduğunu, iddia edildiyi kimi Bərzaninin Abdullah Öcalanın yerinə keçmək məqsədi olmadığını deyib: "Mən də hörmətli Məsud Bərzani ilə Diyarbəkirə getmək, orada həll müddətində rolumu oynamaq istəyirdim. Bərzaninin yanında mənim kimi adam olmalıydı. Həm başqan Öcalanın qardaşıydım, həm də uzun illər PKK içində mübarizə aparmışam. Həll və barış müddətində üstümə düşən rolumu oynamaq istəyirəm. Mən iki il əvvəl vətənimə və torpaqlarıma dönmək istədiyimi söylədim. Hələ də geri qayıtmaq istədiyimi söyləyirəm".

Tarix
2013.11.20 / 18:16
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla