Meteohəssas insanların nəzərinə...
18:03
Ana səhifə Toplum |
Bakının Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.
"Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin (FHN)
saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq
xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində
yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi
alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək
daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər
tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:16-da
başa çatıb.
Tarix
2013.11.21 / 21:46
|
Müəllif
Axar.az
|