Yuxarı

İlham Əliyev İcra Hakimiyyətində - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Bakının Səbail Rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

"Axar.az" Azərtac-a istinadən xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülən işlər barədə İlham Əliyevə məlumat verib. Bildirilib ki, bina əsaslı şəkildə yenidən qurulub, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılıb. Sovet dövründə rayon partiya və icraiyyə komitələrinin fəaliyyət göstərdiyi binada əsaslı təmir və yenidənqurma işləri nəticəsində əlavə mərtəbə inşa olunub, fasad yenilənib. Təmir zamanı bina, ilk növbədə dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, yenidənqurma işlərində keyfiyyətli yerli inşaat materiallarından da istifadə olunub. Birinci mərtəbədəki 200 yerlik iclas zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılıb.

Qeyd edib ki, yeni korpusun 2-ci mərtəbəsində ən müasir tələblərə cavab verən yüksək texniki imkanlara malik konfrans zalı yaradılıb. Burada vətəndaşlarla onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulub. Sakinlər binaya gəlmədən rayon icra hakimiyyətinin nümayəndələri və məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılıb.

Dövlət başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olub. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilib.

Görülən işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.

Tarix
2013.11.22 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla