Yuxarı

İlhamədən İlham Əliyevə dəstək mahnısı gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar Gövhər Həsənzadənin Türkiyədə sənətçilərlə işbirliyi davam edir. "Tual" qrupunun solisti Sezi Çeşitli Nilüferin yeni mahnı seçimində İzzət Bağırovun repertuarından sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus "Bəs mən indi neyləyim" adlı mahnısını bəyənərək alboma daxil edib. Bəstəkar "Axar.az"a Reyhan Karacayla da iş birliyinin gözləndiyini bildirib. Öz yeniliklərindən danışarkən xanım bəstəkar bir neçə layihəsini bizimlə bölüşüb:
- Hazırda reytinqləri darmadağın edən yeni bəstəmlə - sözləri Cəlal Qurbanova, musiqisi mənə məxsus, Zülfiyyə Xanbabayevanın ifa etdiyi "Sən azərbaycanlısan"la fəxr edirəm. Cənab prezident İlham Əliyevə dəstək üçün yazdığım, sözləri Cəlal Qurbanova məxsus olan digər mahnım da yaxın günlərdə İlhamə xanımın ifasında eşidəcəyiniz "Sən qalib gələcəksən" adlanır. Gənc Tamaşaçılar Teatrının sifarişi ilə Abdulla Şaiqin əsəri olan "Yatan gözəl"ə mahnı bəstələyəcəm, artıq üzərində işləyirəm. Yəqin ki, gələn ay bu tamaşanın premyerası olacaq. Ən nəhayət, millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış iki mahnımın üzərində işləyirik.

Tarix
2013.09.21 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla