Yuxarı

Pentaqon: Dünya yeni buzlaşma astanasında - Tam məxfi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Mur bu ilin iyun ayında efirə gedən öz şou-proqramında çox təhlükəli məsələlər haqqında xəbər verdi. Con ABŞ Hərbi Hava Qüvvələri və "mavi dəbilqəlilər"in veteranı, VİP mühafizəçi və araşdırmaçı-yazardır.

Həmin şou-proqramında o, Pentaqonun "Ani iqlim dəyişikliyi ssenariləri və milli təhlükəsizlik üçün onların nəticələri" adlı 19 səhifəlik məxfi sənədləri haqda məlumat verib. Bu sənədlərdə Amerikada ani iqlim dəyişikliklərindən və bunun milli təhlükəsizliyə nə dərəcədə təsir edəcəyindən söhbət gedir. Həmin hesabatlarda, iqlimin qəfil dəyişikliyi üzündən torpaq və resurslar üstündən dünyanı bürüyəcək müharibələrin başlayacağı bildirilir. Və göstərilir ki, bu dəyişikliklər Qolfstrimin itməsi və ya dayanması üzündən baş verəcək ki, əslində o, artıq dayanıb.

Görəsən nəhəng risklə qarşı-qarşıya gələcək yer əhli bu haqda bir şey bilirmi?

Əslində isə...

Qolfstrim cərəyanının itməsi ilə bağlı ilk məlumatı italiyalı alim Canluici Zanqari 12 avqust 2012-ci ildə çap etdirdiyi məqaləsində verib.

Son illər Zanqari öz komandası ilə birgə Meksika körfəzində apardığı tədqiqatlardan sonra bu nəticəyə gəlib. Məhz buradan dünyanın ən böyük isti cərəyanlarından biri öz başlanğıcını götürür. Professor belə nəticəyə peykdən körfəzin və Atlantik okeanının sularının hərəkəti ilə bağlı əldə etdiyi görüntülərin analizindən sonra gəlib.

Sobanı neft sızıntıları alovlandırdı

Qolfstrim cərəyanını çox zaman "mətbəx havası" və ya "Avropanın sobası" adlandırırlar. Həqiqətən də o, bütün Şimal yarımkürəsinə çox güclü təsir göstərmək qabiliyyətinə malikdir. Atlantik okeanıyla hərəkət edən Qolfstrim öz istiliyiylə Şimali Avropadan Murmanska qədər olan ərazini soyuq arktik küləklərdən qoruyur. Britaniya adlarının, Danimarkanın və Skandinaviyanın sahilləri bu isti cərəyanın sayəsində buzlaqlarla örtülməyib. O, həmçinin Qərbi Avropa və Amerika üçün rahat və isti iqlim yaradan əsas amildir. Əksər alimlər hesab edirlər ki, Şimali Atlantikada məhz Qolfstrimin peyda olması nəticəsində sonuncu böyük buzlaşma yox olub. Lakin hazırda məsələ qəribə forma alıb.

"Avropanın sobası"nın yox olmağa doğru getməsi, yeni buzlaşma dövrünün meydana gəlməsinə şərait yaradır.

Cərəyanın soyuq sularda uzunmüddətli hərəkət etməsinə əsas şərait Meksika körfəzində yaranır. O, körfəzdə güclü yerli cərəyanların təsiri nəticəsində özünə enerji yığır. Nəhayət, 2010-cu ildə bu "güc" birdən-birə yox oldu. Daha sonra isə bütöv soba dondu.

Zəifləmənin əsas səbəbi 2010-cu ilin aprelində Meksika körfəzində yerləşən neft buruqlarının birində baş vermiş qəza oldu. Həmin vaxtlar suya 200 milyon qallon neft, bununla bərabər isə 10 milyon qallon neftlə bağlı olan digər maddələr axıdıldı. Neftlə bağlı maddələrin axıdılmasında isə başqa məqsəd var idi. "British Petroleum" şirkəti bununla neftin daha dərinlərə getməsinin qarşını almağa çalışırdı. Şirkətin istəyi baş tutmadı. Neft daha dərin qatlara yayıldı. Suyun üzü qaraldı və yapışqan formasını aldı. Körfəzin belə çirklənməsi isə burdan öz başlanğıcını götürən və enerji toplayan cərəyanın zəifləməsinə səbəb oldu.

Dəyişikliyin ilk əlamətləri

Peykdən əldə olunan materiallar əsasında bəlli olur ki, Qolfstrim əvvəlki formasında fəaliyyətini davam etdirmir. Onun zəifləmiş cərəyanları Karib hövzəsində sudan çıxaraq, Şimali Karolina ştatından 250 mil şərqə doğru olan məsafədə müxtəlif ayrı-ayrı hissələrə bölünür. Qolfstrim daha əvvəlki kimi Şimal Qərbi Avropaya doğru hərəkət etmir. Demək ki, öz başlanğıcını Qolfstrimdən götürən Şimali Atlantika və Norveç kimi cərəyanlar da artıq yoxa çıxıblar. Məhz bu cərəyanlar Avropanın şimal hissəsinin iqliminin mülayim keçməsinə kömək edirdilər. Hazırda isə Qolfstrimin suları əvvəlcə Afrikaya, daha isə sonra cənub istiqamətinə doğru hərəkət edir.

Rus alimi professor Lotanikovun fikrinə görə isti Şimali Atlantika cərəyanının itməsi 2010-cu ildə Avropada müxtəlif iqlim anomaliyalarının meydana gəlməsinə əsas səbəb olub. Tədqiqatçının fərziyyəsinə görə, soyuq sularda hərəkət edən Qolfstrim təkcə okeana yox, həmçinin özündən 7 kilometr yuxarıda yerləşən atmosfer qatına da təsir etmək imkanına malik idi. Məhz bu cərəyanın itməsi havanın normal sirkulyasiyasının pozulmasına şərait yaradıb. Bunun nəticəsidir ki, Rusiyanın Avropa hissəsi yay aylarında isti hava kütlələrinin antisiklonunun hökmranlığına məruz qaldı. Daha sonra isə quraqlıq və yanğınlar ölkəni ovcunun içinə aldı. Elə həmin səbəblər ucbatından Mərkəzi Avropada və Asiyanın cənubunda – Hindistan, Pakistan və Çində güclü daşqınlar yarandı.

Qolfstrimin yoxluğunu sübutlarını Qərbi Avropanında əhalisi öz üzərində hiss ediblər. 2010-cu ilin dekabr və noyabr aylarında Almaniyada son bir neçə on illiklər ərzində ilk dəfə 10 santimetr hündürlüyündə qar torpağın üstünü örtdü. Bundan başqa temperatur ölkə ərazisində mənfi 20 dərəcə selsiyə qədər aşağı düşdü. İngiltərədə isə son 100 il ərzində görünməmiş şaxtalar ölkəni cənginə aldı. Həmçinin başqa bir fakta keçsək, məsələnin nə qədər qəlizləşdiyini tam açıq şəkildə görə bilərik. Avropaya ən böyük qaz ötürücüsü olan Qazprom iqlim anomaliyaları ucbatından 2011-ci ilin yaz-yay dönəmində Avropaya satacağı qazı qış dönəmində satacağını bəyan edib. Professor Zanqari və digər mütəxəssislər 2011-2012-ci illər və ondan sonrakı vaxtlarda problemin daha da pişləşəcəyini bildirirlər. Onlara görə Avropada temperaturun düşməsi yaxın illərdə də davam edəcək.

ABŞ-a yaxşı, Avropaya pis xəbər

Bu vaxtlar ərzində Kanada parlamenti Şimali Atlantika cərəyanında olan dəyişikliklərlə bağlı situasiyanın araşdırılması üçün komissiya yaradıb. Ronald Rabbitin rəhbərliyi altında yaradılan komisiyyanın tərkibində Kanadanın məşhur alimləri və okeanoloqları cəmləşiblər. Bu qrupun sifarişi əsasında ölkənin kimyəvi korporasiyalarından birinin mütəxəssisləri tərəfindən okeanın flora və faunasına heç bir zərəri olmayacaq xüsusi bir boya hazırladılar. Rəngli boyalarla dolu olan konteyneri alimlər okeanın dərinliklərində partlatdılar. Boyalar partlayış yerindən bir neçə yüz metr məsafəyə qədər yayıldı. Okean sularına dağılmış rəngi gəmilərdən, təyyarədən və peykdən aydın şəkildə görmək mümkün idi.

Nəticədə bəlli oldu ki, Zanqari haqlıdır. Qolfstrimin keçmis akvatoriyasında sularda heç bir hərəkət yoxdur. Belə ki, alimlər qrupu öz tədqiqatlarını dayandırmadılar. Bir neçə həftə sonra isti cərəyanın keçdiyi əvvəlki yerdən 800 mil cənubda yeni araşdırmalar aparıldı və yeni Qolfstrim tapıldı. Onun suları əvvəlkinə nisbətən bir neçə dərəcə sərin idi. Bütün bunlar komissiya tərəfindən bir müddət sonra tam təsdiqləndi. Onlar bəyan etdilər ki, Qolfstrim itməyib, o, yalnız öz marşrutunu dəyişib. Bunun nəticəsidir ki, Kanadada yazın gəlişi və temperaturun müsbət 10 dərəcəyə qədər yüksəlişi müşahidə olunub.

Kanada cərəyanının peyda olması ABŞ və Kanada üçün yaxşı, Avropa üçün çox pis xəbərdir. Əvvəllər Böyük Britaniyanın, Skandinaviyanın sahillərini yuyan isti sular indi Qrenlandiya və Şimal Amerikanın şərq sahillərini isidir. İndi alimlərin qarşısında yalnız bir məqsəd var. Onlar bu dəyişiklərin Atlantik okean və Şimal yarımkürəsinin iqlimi üçün hansı təsirlərlə müşahidə olunacağını öyrənməyə çalışırlar.

Yeni böyük cərəyanlar yaranacaq?

Artıq bununla bağlı bəzi fərziyyələr var. əksər alimlər tərəfindən qəbul edilmiş nəzəriyyəyə görə, böyük buzlaşmaya əsas səbəb dünya okeanlarında suyun duzluluğunun azalmasıdır. Əvvəllər mövcud olan istiləşmə buzlaqların əriməsinə səbəb yaradırdı. Buna əsas misal kimi Qrenlandiya və Arktika buzlaqlarını göstərmək olar. Hazırda buzlaqların əriməsi davam etməkdədir, amma bu cür istiləşmənin nə qədər davam edəcəyi sualına isə heç kim cavab tapa bilmir. Buzlaqların əriməsinin daha da artması və okeana qarışmasının yaxın 80-100 ildən tez olmayacağı hesab edilirdi. Lakin indi situasiya nisbətən dəyişib. Belə ki, Kanada cərəyanının peyda olması ilə arktik və Qrenland buzlaqlarının inanılmayacaq dərəcədə tez əriməsi gözlənilir. Atlantik və Şimal Buzlu okeanlarının sularının duzsuzlaşması, eləcə də, Şimali Atlantik cərəyanın itməsi yaxın 20-30 ildə Avropa və Sibirdə yeni böyük buzlaşmanın yaranmasına gətirib çıxara bilər. Bunun şimal yarımkürəsində olacağı gözlənilir.

Son zamanlar qlobal istiləşmə ilə əlaqədar olaraq, planetimizin iqqlimində qeyri-sabitlik müşahidə olunur. Qolfstrimin itməsi (daha dəqiq desək, onun zəifləməsi və yerini dəyişməsi) ilə bu qeyri-sabitlik daha da artacaq. Dünyada iqtisadi və sosial sahədə yeni ciddi fəsadlarla müşahidə olunacaq. İstisna deyil ki, bir müddət sonra olacaq soyuqlaşmanın ucbatından Skandinaviyanın əhalisinin kütləvi surətdə Amerikaya miqrasiya edəcəyi gözlənilir. Rusiyaya gəldikdə, burada uzun sürən qış və məhsulsuzluq təhlükəsi gözlənilir. Qolfstrimin zəifləməsi artıq bir dəfə 1300-cü ildə olub (hələ onun indiki kimi böyük hissəsinin itməsi yox, yalnız zəifləməsi nəzərdə tutulur!). Bu zaman yenidən yer üzündə soyuqlaşma meydana gəldi ki, bunu da kiçik buzlaşma dövrü adlandırırlar.

Ekoloqlar alimin fikri ilə razılaşırlar

Zanqarinin fikirlərinə görə Qolfstrimin hələ də əvvəlki formasına qayıtmaq şansı var. Bunun üçün ən yaxın zamanda mütləq Meksika körfəzində konsentratik cərəyanı yenidən buraxmaq gərəkdir ki, bu da dünya iqlimi üçün kardiostimulyator hesab edilir. Onu buraxılıb-buraxılmayacağı isə hələ bəlli deyil. Hazırda körfəzin dərinliyinin neftdən tam təmizlənməsi məsələsi nəzərdə tutulmur. Bundan əlavə, Zanqarinin dediyinə görə, dibdə qalmış neft daim genişlənir və yeni əraziləri tutur. Ekoloqlar da alimin fikirləri ilə razılaşırlar. Onlar Zanqaridən fərqli olaraq, bir şeyə də xüsusi diqqət yetirməyi məsləhət görürlər. "Koreksit və neftdən ibarət olan cəhənnəm kokteyli" nəinki Karib dənizini, həm də Atlantik okeanında olan bütün canlı həyatı məhv edə bilər. Bu isə artıq qlobal fəlakətdir.

Tarix
2013.11.24 / 16:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla