Yuxarı

Şahbaz Xudoğlu: “80 min kitabı üstümüzə qaytarıblar”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Metro-Servis" Yayım Şirkətində qəzet, kitab, jurnal və digər nəşrlərin satışına qadağa qoyulandan sonra metrostansiyalarda olan kitablar nəşriyyatımıza qaytarılıb".

Bu sözləri "Axar.az"a açıqlamasında "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu dedi. O bildirdi ki, il ərzində çap edilmiş kitabların hamısı nəşriyyata qaytarılıb:

"Hər kitab çapdan çıxanda hərəsindən 150-200 ədəd olmaqla metrostansiyalara verilir. Bu qədər müəllifin və xarici ədəbiyyatdan olan kitabların hamısını nəşriyyata qaytarıblar. "Metro-Servis"i də qınamaq olmaz. Ancaq reallıq odur ki, 80 mindən çox kitab nəşriyyata qaytarılıb. Maddi tərəfi bir yana, bu qədər kitabı nəşriyyatda hara yığacağımızı belə bilmirik. İki gündür ki, metrolardakı kitabların hamısını qaytarırlar. Şəkildə gördüyünüz isə bunun cüzi hissəsidir".

Şahbaz Xuduoğlu bildirdi ki, kitab və qəzetlərə qarşı çıxarılmış bu qərar əslində mədəniyyətə qarşıdır:

"Kitab mədəniyyətdir. Bizim ordan itirdiyimiz maddiyatdırsa, xalq olaraq mədəniyyət sahəsindəki itkimizdir. Azərbaycanda kitaba həddən artıq ehtiyac var. Kitabın sahəsini genişlətmək lazımdır, daraltmaq yox".

Tarix
2013.11.25 / 19:08
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla