Yuxarı

Prorektor tələbə narahatlığına aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Universitetində baş verən etirazlardan sonra növbəti etiraz Sumqayıt Dövlət Universitetindən gəldi.

Adları çəkilən hər üç universitetdə problemlər bənzər olsa da, Sumqayıt Dövlət Universitetində vəziyyət bir az fərqlidir. Bu dəfə tələbələr heç bir aksiya keçirməyiblər. Onlar sadəcə, "Milli.az" xəbər portalına müraciət edərək bildiriblər ki, universitetin iqtisadiyyat fakültəsində bütün kurs işləri ləğv olunsa da, bu, "tarix fakültəsi"nə aid edilməyib.

Rektorlar öz yerlərində deyil

Məsələyə münasibət bildirən təhsil eksperti Etibar Əliyev bildirdi ki, bu sahədə ciddi islahatların aparılmasına ehtiyac var:

- Bu ali məktəb sözün əsl mənasında özbaşınalıq mənbəyidir. Mən əminliklə deyə bilərəm ki, universitetdə etirazın əsas səbəbi təkcə imtahanlar deyil, imtahan öncəsi toplanılan vəsaitlərdir. Ümumiyyətlə, bəzi rektorlar öz yerlərində deyil. Məncə, Ali məktəblərdə ciddi islahatlar həyata keçirilməlidir.

Universitetdə rektorun 1-2 qohumu işləyir

Məsələ ilə əlaqədar olaraq universitet ilə əlaqə saxladıq. Universitetin prorektoru Əkbər Ağayev yayılan məlumatı təkzib etdi. "Axar.az"a danışan prorektor bu cür məlumatların təxribat xarakterli olduğunu, açıq formada qərəz nümayiş etdiyini bildirdi.

Prorektor, hazırki rektor Nadir Qəhrəmanovun qohumlarının universitetdə cəmlənməsi və rektorun ali məktəbi əsarət altına alması ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirdi:

"Bu informasiyalar tam yanlışdır. Ola bilər, universitetdə rektorun bir-iki qohumu işləyir, amma bu, universitetin əsarət altına alınması kimi qiymətləndirilməməlidir".

Qeyd edək ki, Nadir Qəhrəmanov 13 iyun 2000-ci ildən bəri Sumqayıt Dövlət Universitetinin rektorudur.

Tarix
2013.11.28 / 16:53
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla