Yuxarı

Azərbaycanın Vilnüs sammitində ilk etirazı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vilnüsdə səfərdə olan iqtisadçı ekspert Qubad İbadoğlu "feysbuk" səhifəsində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması adından Polşanın Xarici İşlər naziri Radoslav Sikorskinin sammitdəki çıxışına cavab olaraq etiraz bəyanatını paylaşıb.

"Axar.az" Qubad İbadoğlunun paylaşdığı etiraz bəyanatını təqdim edir:

"Vilnüs Sammitinin Şərq Tərəfdaşlığı: Varşavadan Vilnüsədək panelində Polşanın Xarici İşlər naziri Radoslav Sikorski çıxışında Azərbaycan və Belarus arasındakı fərqi izah edərkən, Belarusu Avropa, Azərbaycanı isə hələ də Avropa mənsubiyyəti sual doğuran ölkə adlandırıb. Bununla əlaqədar olaraq Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması adından bəyanatla çıxış edib.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Avropa mənsubiyyətini 1918-ci ildə qurduğu Demokratik Cümhuriyyət dövründə həyata keçirdiyi islahatları ilə hələ 100 il bundan əvvəl təsdiq edib. Azərbaycan enerji siyasəti Avropanın təhlükəsizlik maraqlarını nəzərə alaraq həyata keçirilir. Odur ki, Milli Platforma Polşanın Xarici İşlər naziri Radoslav Sikorskinin çıxışında səsələndirdiyi fikrə izahat verməsini və onun diplomatik qaydalara uyğun olmayan ifadəsinin Polşa hökuməti və Avropa Birliyi rəsmiləri tərəfindən dəyərləndirilməsini tələb edir".

Tarix
2013.11.28 / 18:28
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla