Yuxarı

XX əsrdə erməni terroçular üçün ən ağır cəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror. Hər gün demək olar ki, hər yerdə eşitdiyimiz, 21-ci əsrin insanını qorxu altında saxlayan və hər an istənilən şəxs üçün potensial təhlükə olan yeganə söz.

Müasir dövrdə əksər dünya alimləri terroru sosial amillərlə əlaqələndirirlər. Belə ki, əgər cəmiyyətə qarşı nifrət duyan və yaxud burada uğur qazana bilməyən əksər insanlar məhz terror təşkilatlarının çadırının altına toplaşmış olurlar. Onlar bəzən buraya cəlb olunarkən əsl həqiqət uğrunda mübarizə aparacağına inanır, lakin sonradan çox zaman səhv yolda olduğunu anlayırlar. Buna da əsasən təşkilatın apardığı təbliğat işləri şərait yaratmış olur. Gözəl nitqləri ilə insanları heyran edənlər daha sonra onları ən ağrılı yerlərindən vururlar. Bu da artıq həmin şəxslərdə başqa bir qrupa qarşı nifrətin yaranmasına səbəb olur. İstər müasir, istərsə də keçmiş terror təşkilatları hər biri manipulyasiya üsulundan geniş istifadə edirlər. Yaxşı, bəs bu qədər dəhşəti bir kəlmədə birləşdirən anlayış necə yaranıb?

İlk terror təşkilatını yəhudilər yaradıb

Alimlərin fikrincə, dünyada ilk terror Makedoniyalı İsgəndərin zamanında baş verib. Gələcək imperatorun atasının dövləti idarəetməsinə dözməyən bir qrup insan çar II Flipə qarşı sui-qəsd hazırlayıb. Lakin fərziyyələr bununla bitmir. Bəzilərinə görə, dünya tarixində ilk terrorçular məhz təşkilat şəklində hazırkı Fələstin ərazisində birləşiblər. Bu, romalıların hakimiyyətini qəbul etməyən millətçi yəhudilər idi. Onlar özlərini sikarilər (xəncərlilər) adlandırırdılar. Belə adlanmalarının əsas səbəbi isə həmin təşkilatın üzvlərinin üzərlərində siku-xəncər gəzdirmələri idi. Onların başlıca məqsədi yəhudi xalqını Roma əsarətindən azad etmək idi. Bunun üçün sikarilər tez-tez romalılarla əməkdaşlıq edən, onlarla həlim münasibəti olan yəhudi tacirlərini qətlə yetirirdilər. Təşkilat üzvləri həyata keçirdikləri hər bir terror aktının Allah tərəfindən onlar üçün buyurulduğuna inanırdılar. Sikarilərə görə, romalıların əlini sıxan hər bir insan vətən xainiydi. Yəhudi tacirlərinin qətlə yetirildiyini görən romalılar artıq hərəkətə keçməyin lazım olduğu qənaətinə gəlirlər. Ölkədə yaranmış üsyanı yatırmağa gələn qoşunlar bunun vasitəsilə həmçinin sikarilərin də sonuna çıxmış olurlar.

Terrorun təkcə şərqdə olduğunu düşünmək gərək deyil. XI-XII əsrlərdə Avropada katolik kilsəsinin hökmranlığı sürürdü. Artıq bu dövrlərdən başlayaraq, papalar onlara qarşı çıxan insanları və daha dəqiq hökmdarları cəzalandırmaq üçün bir neçə yeni təşkilat yaratmış olurlar. Bu, tarixə monarxmaxiya kimi düşmüşdür. Papalar məhz bu təşkilatlar vasitəsilə bir neçə Avropa hökmdarının sonuna çıxmışdılar. Bunlar arasında Oranlı Vilhelm (1584), III Henri (1589) və IV Henrinin (1610) adları da var. Adları çəkilən hökmdarlar tarixdə katolik kilsəsinin ən böyük düşmənləri kimi tanınmışlar.

Həşiş çəkənlər

Tarixdə ən sirli terror təşkilatları sırasına Xoşaşinləri də (həşiş çəkənlər) aid etmək gərəkdir. XI-XII əsrlərdə fəaliyyət göstərən bu təşkilatı Avropada asasinlər kimi tanıyırlar. Şiə müsəlmanlardan təşkil olunmuş qrup əsasən ismaililər təriqətinə aid idi. Onların əsas mərkəzi hazırkı İran İslam Respublikasının ərazisində yerləşən Həmədan şəhəri idi. Ələmut Qalasında yerləşən asasinlərin əsas hədəfi Bağdad xəlifələri idi. Fəaliyyət göstərdikləri müddət ərzində ismaililər tarixdə bir neçə xəlifənin olümünə səbəb olmuşlar. Sikarilər kimi onlar da törətdikləri hər bir əməldə özlərini haqlı hesab edirdilər. Şiə təriqətinin tərəfdarı olmaları sünnilərə qarşı döyüşdə Allahın onların tərəfində olduğuna inanmaqları üçün səbəb yaradırdı. Lakin asasinlərin də sonu çatdı. Bir neçə yüz il fəaliyyət göstərən təşkilat monqollar tərəfindən məhv edildi. 1256-ci ildə Ələmut qalasında monqolların bayrağı dalğalandı.

İnqilabdan sonra ona terror dedilər

Fransa inqilabı və ondan sonrakı zamanda vəziyyət çox gərginləşdi. Dövlətlərin sayının artması, elm və texnologiyanın inkişafa doğru yönəlməsi, insanların şüurunda yeni anlayışların meydana gəlməsi və digər şeylər terrorun həcminin artmasına zəmin yaradırdı. Belə ki, artıq Qərbi Avropa inqilablarının təsiri ilə oyanan digər Avropa ölkələri də artıq dövlətçilik tarixində yeni bir gediş eləmək qərarına gəlirlər. Lakin buna qarşı heç də hamı tolerant reaksiya nümayiş etdirmir. Bəziləri yeni yaradılacaq dövlətdə monarxiyanın ləğv edilməsini, bəzilərinin isə onun qalmasını istəməsi və ya kapitalizmin tam şəkildə tətbiq edilməsini arzulamaması onların müəyyən təşkilat halında birləşib özlərindən güclü olanlara qarşı gizli, amma zor tətbiq edərək mübarizə aparmasına səbəb yaradırdı. Lakin bu o demək deyil ki, təkcə hakimiyyətdə olmayan və ona çata bilməyən şəxslər terrora əl atırdılar. Əksinə, elə hökumətlər var ki, özlərinin hakimiyyətini uzatmaqdan ötrü bütün güclü müxalifləri məhv etmək üçün terror həyata keçirmişlər. Məsələn, Yakobinçilər və SSRİ-nin qırmızı terroru.

Müasir zamanımızda da terror aktları səngimək bilmir. Onun tiplərinin sayının artması dövrün, zamanın inkişafı ilə əlaqədardır. Hazırda alimlər terrorun 6 tipini müəyyənləşdiriblər. Bunlar millətçi terrorizm (PKK, Bask Vətəni və Azadlıq təşkilatı), dini terrorizm (Əl-Qaidə, Hizbullah, Yəhudi ravvin Meera Kaxanın təşkilatı, yaponların "Aum Senrike"si), dövlətlər tərəfindən dəstəklənən terrorizm (Hizbullah – İran), solçu ekstremist terrorizm (alman Baader Meynxof, Yaponiyanın Qırmızı Ordusu və italyanlarım Qırmızı Briqadası), sağçı ekstremist terrorizm (yeni neonasist, antisemit qrup aiddir), anarxist terrorizmdir. Təəssüf ki, indinin özündə bu qüvvələrin hər biri əvvəlki kimi öz gücünü qoruyub saxlamağı bacarıb. Ona görə də çox zaman onlarla aparılan mübarizə sonda xeyli insanların itirilməsinə səbəb olur.

"Nemezis" planı və cəzasız qalan erməni terrorçuları

Son 50 ildə dünyada baş verən terrorların sayı xeyli artıb. Əgər statistikaya nəzər yetirsək, görərik ki, hazırda bütün dünyada ən çox tanınan millətçi və dini terror təşkilatlarıdır. Onların sayı XX əsrin əvvəli ilə müqayisədə üç dəfəyə qədər artıb. Burada çox zaman dövlətləri də günahlandırmaq gərəkdir. Çünki əksər vədələrdə həbsdən azad olunmuş terrorçu ya öz evinə qəhrəman kimi dəvət edilir və yaxud həbs edilməyə imkan verilmir. Əsas dövlətin mənafeyi nəzərə alınır. Bu, hər yerdə belədir. Fransada da, ABŞ-da, Kanadada və sairə. Ötənlərdə Kanada həbsxanalarının birindən erməni terrorçular Q.Miroşyan və X.Nobaryan buraxıldılar. Bundan dərhal sonra onlar Ermənistana dəvət edildilər və onları xüsusi hörmətlə ölkədə qarşıladılar. Üstəlik xüsusi adla da təltif etdilər. Həmin şəxslər isə 1985-ci ildə Türkiyənin Kanadadakı səfirliyi qarşısında partlayış törətmişdilər. Partlayışdan sonra ömürlük həbs cəzasına məhkum edilmişdilər. Lakin bu uzun müddət davam etməmiş və 25 ildən sonra hökumət onları sərbəst buraxmışdı. Əksər analitiklərin fikrincə, ermənilər belə hərəkətlər vasitəsilə dünyanın digər dövlətlərinin diqqətini "erməni soyqırımı"na cəlb etməyə çalışırlar, lakin hələ indiyə qədər bunlardan heç biri uğurla nəticələnməyib.

Təəssüf ki, baş verən terrorçu hərəkətlərinə əksər dövlətlər diqqət yetirməyə çalışmırlar. Çox zaman məhz onlar öz geopolitik maraqlarından asılı olaraq, bəzən mahnının əsas sifarişçisi olurlar. Nəticədə hər şey sadə vətəndaşın başında partlayır.

Bir məqama diqqət edək, tarixçi Jerar Libaridyan yazır ki, təkcə 1903-1906-cı illərdə erməni terrorçuların həyata keçirdikləri aktların sayı 105 idi. Bunlara görə isə heç kim cəzalandırılmamışdı. 1919-cu ildə "Daşnaksütyun" partiyası "erməni terroru"nu həyata keçirən Osmanlı hökumətinin rəhbərlərini cəzalandırmaqdan ötrü yeni plan hazırlayır (Plan "Nemezis" adlanırdı). Nəticədə, Tələt paşa 1921-ci ildə terrorçu Teyleryan tərəfindən öldürülür. Tezliklə, Almaniya hökuməti onun günahsız olduğunu bəyan edir. Daha sonra isə britaniyalılar heç nə olmamış kimi digər birini Torlakyanı həbsdən azad edir. Halbuki o, Azərbaycan Demokratik Respublikasının Daxili İşlər naziri Behbud xan Cavanşirin qətlində təqsirləndirilirdi. Lakin məhkəmə buna da bəhanə tapmışdı: "əqli cəhətdən sağlam deyil".

Ümumiyyətlə, ermənilər XX əsr boyunca çox aktiv fəaliyyətlə məşğul olmuşlar. Türkiyənin Qərbdəki elçilərinə cəzasız qalan basqınları, Əsənboğa hava limanının tutulması, Münhen Olimpiadasında israillilərin ölümündə əlləri var idi.

XX əsrdə erməni terroçular üçün ən ağır cəza

1977-ci ildə SSRİ-nin paytaxtında üç partlayış baş verdi. KQB partlayışı üç nəfərin həyata keçirdiyini bildirdi. Bunlar A.Stepanyan, Z. Baqdasaryan, S. Zatikyan idilər. O zamanki Ermənistan rəhbərliyi bunu gizləməyə, daha dəqiq desək, faktları məhv etməyə çalışsa da, heç bir şey alınmadı. Brejnev məsələnin tam araşdırılmasını əmr etdi. Bu zaman Moskvadakı hüquq müdafiəçiləri dəfələrlə ona müraciət etsələr də, heç bir şey alınmadı və sonda terroçular güllələndilər. Bu, hələlik XX əsrdə erməni terroçular üçün verilmiş ən ağır yeganə cəza idi.

Hazırda dini terrorizm digərlərindən xüsusiylə fərqlənir. Onların fəaliyyətlərinin zirvəsi isə Əl-Qaidə təşkilatının həyata keçirdiyi 11 sentyabr hadisəsi idi. Məhz bununla ABŞ-ın qəlbinə xəncər saplanmış oldu. Amerika iqtisadiyyatı bir günün içərisində sanki iflic olmuşdu. Amerika həmin partlayışın nəticəsində 100 milyard pul itirdi. Nəticədə ölkənin indekslərdəki səhmləri xeyli aşağı düşdü. Rəhbərlik isə bunları aradan qaldırmaqdansa hər şeyin qiymətin aşağı saldı. Artıq Amerikada kral dairəsində çox ucuz qiymətə qala bilərdin. Lakin bu onun qəzəbini soyutmadı. Nəticədə bu qəzəb dünyaya yeni müharibələr bəxş etdi. Əvvəlcə Əfqanıstan, sonra isə İraq ABŞ-ın hədəfində dayandı. Bundan öz məqsədləri üçün istifadə edən ölkə islam aləmində hələ də elə xoş münasibətlə qarşılanmır.

Sonluq:

Doğrudur, hazırda əksər ölkələr terrorla mübarizə etdiyini bəyan edirlər, amma ortada nə var? Heç nə. Yenə Əl-Qaidə, ASALA, PKK, Qırmızı Briqada, Hizbullah, Yaponların Qırmızı Ordusu, ETA, Həmas və digərləri əvvəlki mövqelərində qalıblar. Yaxşı bəs onlar üçün bu şəraiti kim yaradır? Bu qədər silahın alğı-satqısı hardandır? Bu qədər güc onlara haradan keçib? Axı ola bilməz ki, hər hansı dünən yaranmış cırtdan bir təşkilat dövlətdən güclü olsun?

Terrordan ən çox zərər çəkən ölkələr

1994-2004-cü illərdə ölənlərin sayı - ölkələr üzrə

1. ABŞ - 3238

2. Rusiya - 2111

3. Hindistan -1938

4. İsrail - 1274

5. Kolumbiya - 1135

6. İraq - 1122

7. Əlcəzair - 869

8. Pakistan - 783

9. Uqanda - 471

10. Şri-Lanka - 409

XXI əsrin ən böyük terror aktları

Adı, Tarix, Ölkə

  1. 11 sentyabr 11.09.2001 ABŞ
  1. Balidəki 12.10.2002 İndoneziya
  1. Dubrovkadakı 23.10.2002 Rusiya
  1. İstanbul 15.11.2003 Türkiyə

5) Moskva metrosu 06.02.2004 Rusiya

6) Madrid 11.03.2004 İspaniya

7) İraqda ardıcıl partlayışlar 24.06.2004 İraq

8) Beslan 01.09.2004 Rusiya

9) London partlayışları 07.07.2005 Böyük Britaniya

10) Kaxtaniya 14.08.2007

Tarix
2013.11.28 / 21:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla