Ana səhifə Planet |
Dağlıq Qarabağ de-fakto Gömrük İttifaqının tərkib hissəsi kimi qəbul edilib.
"Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan Respublika Partiyasının deputatı Qaqik Minasyan çıxış edib.
O artıq bunu Gömrük İttifaqının digər üzvlərinin də de-fakto tanıdıqlarını bəyan etdiklərini söyləyib. "Ermənistana gələn mallar Dağlıq Qarabağa, orada istehsal olunanlar isə bizim vasitəmizlə Gömrük İttifaqının digər ölkələrinə göndərilir". Hakim partiyanın deputatı Minskdəki müzakirələr zamanı digər təşkilat üzvü ölkələrlə Ermənistanın Dağlıq Qarabağla heç bir sərhəd keçid məntəqəsinin olmayacağı ilə bağlı razılaşmaya gəldiklərini də bildirib. "Bu çox vacibdir. Çünki bununla Dağlıq Qarabağ faktiki olaraq Gömrük İttifaqının ərazisi kimi qəbul edilib". Q.Minasyan həmçinin iqtisadi cəhətdən artıq Gömrük İttifaqının bütün ölkələrinin bunu de-fakto tanıdığını da söyləyib.
Qeyd edək ki, hələ bir müddət öncə Rusiyanın Ermənistandakı səfiri parlament qarşısında çıxış edərkən Dağlıq Qarabağın Gömrük İttifaqına istənilən yolla qəbul ediləcəyini bəyan etmişdi.
Tarix
2013.11.29 / 14:03
|
Müəllif
İlkin Həsənov
|