Yuxarı

Araz Əzimovun Braziliyaya səfər etdiyi məlum oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər nazirinin müavini Araz Əzimov Braziliyada səfərdə olub.

"Axar.az" məlumat verir ki, səfər 25-27 noyabr tarixlərində gerçəkləşib.

Səfər çərçivəsində nazir müavini Araz Əzimov və Braziliya Xarici İşlər nazirinin müavini Karlos Paranyos arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı tərəflər son 20 ildə iki ölkə arasındakı əlaqələrin inkişaf dinamikası və əldə olunmuş nailiyyətlər haqda müzakirələr aparıblar. Həmçinin ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub. Tərəflər regional, beynəlxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Səfər zamanı nazir müavini Araz Əzimov Braziliya parlamentində, Braziliya müdafiə nazirliyində və digər qurumlarda yüksək səviyyəli görüşlər keçirib.

Tarix
2013.11.29 / 16:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla