Yuxarı

“Telekanallarda peşəkarlıq yoxdur“- MTRŞ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan telekanallarında şit, bayağı verlişlərin hələ də yayımından narahatdır.


Bu barədə Trend-ə eksklüziv açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

N.Məhərrəmlinin sözlərinə görə, Şura arzulayır ki, Azərbaycan teleməkanında belə verilişlər olmasın: "Amma Teleşura televizya kanallarının yaradıcılıq işlərinə müdaxilə etmək səlahiyyətində deyil. Biz tövsiyələr edirik, amma kanallar özəl qurumlardır, onlar kommersiya fəaliyyəti ilə məşğuldurlar.

Ona görə də bəzən onu əsas gətirərək, bu işləri görürlər. Biz daim çalışırıq ki, televizya kanalları bütün fəaliyyətlərini kommersiya maraqlarına uyğun qurmasınlar. Onlar təkcə kommersiya qurumu deyil, eyni zamanda ictimaiyyət qarşısında məsuliyyəti olan bir qurumdur.

Ona görə də onlar bütün verilişlərdə xalqın, dövlətin mənafeyini hər şeydən uca tutmalıdırlar. Doğrudur, kommersiya da lazımdır. Amma o kommersiya daha yüksək keyfiyyətli verilişlər əsasında olarsa, biz çox məmnun olardıq".

MTRŞ hesab edir ki, Azərbaycanda efir hamı tərəfindən eyni formada qəbul olunmur:

"Tutaq ki, gənclər efirdə fərqli musiqini eşitmək istəyir, yaşlı nəsil fərqli musiqi eşitmək istəyir. Yəni bütün bunları balanslaşdırmaq televizya kanallarından yüksək peşəkarlıq tələb edir. Çox təəssüf ki, o peşəkarlıq yoxdur. Çox təəssüf ki, aparıcılarla bağlı bizim problemlərimiz qalır.

Aparıcıların yüksək peşəkarlığı, geniş dünya görüşünə malik olmaları, səhnə mədəniyyəti, Azərbaycan ədəbi dil qaydalarına riayət etmələri və digər bu kimi məsələlərlə bağlı narahatlıq qalır".

Tarix
2013.11.30 / 10:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla