Yuxarı

Çe Gevaranı kim öldürüb – Sənədlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə dekabr ayının əvvəlində "Çeni kim öldürdü" adlı kitabın təqdimatı olacaq. Kitabda əfsanəvi partizan liderinin CIA tərəfindən necə öldürüldüyü sənədlərlə izah edilir.

Maykl Ratner və Maykl Stivin Smit adlı vəkillər tərəfindən qələmə alınan "Çeni kim öldürdü" adlı kitabda Kuba İnqilabının memarlarından olan əfsanəvi Ernesto Çe Gevaranın CIA tərəfindən öldürüldüyünü sübut edən sənədlər yer alıb. CIA-nın illərlə hazırladığı Çe Gevaraya dair bir çox sənədi ehtiva edən kitab artıq dekabr ayından Türkiyənin bir çox kitab mağazalarında öz yerini tutacaq.

"Tərəf" qəzetindən Müjgan Halisin xəbərinə görə, Çe hələ gənc bir doktor ikən CIA tərəfindən izlənilib. Kitabda onun tutulması, yaralanması və silahsız buraxılmasından iki gün sonra 9 oktyabr 1967-ci ildə öldürülməsinə dair yazışmalar var.

ABŞ hökumətinin, xüsusilə də CIA-nın Boliviya dövlətinin iştirakı ilə Çeni öldürdüyünü söyləyən Maykl Ratner və Maykl Stivin Smit daha əvvəl də Çe Gevaraya aid "Latın amerikalı inqilabçının ABŞ siyasi polis sənədi" adlı kitab yazıblar.

Tarix
2013.11.30 / 19:53
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla