Yuxarı

Gülər Əhmədovanın qadın qohumları saçyoldusuna çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağır Cinayətlər Məhkəməsində eks-deputat Gülər Əhmədovanın işi ilə bağlı son məhkəmə iclasından sonra ilginc olaylar yaşanıb.

Hakim G.Əhmədovaya hökm oxuyandan sonra məhkumun prosesdə iştirak edən ailə üzvləri ilə görüşməsinə imkan yaradılıb.

G.Əhmədova bacısı Gülnar Əhmədova və qardaşı İlqar Mikayıloğlunun ikinci həyat yoldaşı kimi adı hallanan Zülfiyyə Babayeva (Zülfiyyə Babayeva ANS TV-də "Hökm" verilişinin aparıcısı və G.Əhmədovanın vəkillərindən biridir – red.) ilə görüşüb. Amma qısa söhbət insidentlə müşayiət olunub. Məhkəmə işçilərinin gözü qarşısında Gülnar Əhmədova Zülfiyyə Babayevanı ağır söyüşlərlə təhqir edərək onu döyüb. Əlbəyaxa olan qadınları güclə ayırsalar da, mübahisə az sonra yenidən Ağır Cinayətlər Məhkəməsinin dəhlizində davam edib. ANS TV-nin tanınmış aparıcısı İlqar Mikayıloğlunun birinci həyat yoldaşı da davaya qoşulub. Gəlin-baldız Zülfiyyə Babayevanı yenə döyüblər. Qadınları yenidən ayıraraq məhkəmə binasını tərk etməyə məcbur ediblər.

Publika.Az əməkdaşının bildirdiyinə görə, Gülər Əhmədovanın bacısı Gülnar Əhmədovanın üzündə Zülfiyyə Babayevanın hücumundan sonra dırnaq və qan izləri aydın görünüb.

Qadınların hansı səbəbdən dalaşmaları bəlli deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, bu gün Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. ("publika.az")

Tarix
2013.12.02 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla