Yuxarı

Elçin Əlibəylinin qan üzərində alveri, yoxsa?.. - VİDEO

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı ittihamlardan yaxa qurtarmaq üçün ittihama başladı

ANS telekanalında yayımlanan "Açıq söhbət" proqramında son günlər özəl klinikalarda həkim məsuliyyətsizliyi üzündən baş verən ölüm hadisələri ilə bağlı mövzu müzakirə edilməli idi. Verilişin əsas müzakirə mövzusunun jurnalist Anar Niftəliyevin "Medi Sina" klinikasında əməliyyat zamanı həkimlərin səhlənkarlığı üzündən həyatını itirmiş həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının faciəli ölümü ilə bağlı olacağı proqramın anonslarından da bəlliydi. Lakin 6 oktyabr tarixində verilişin efirə gedəcəyi gün proqramın anonsunda dəyişiklik edildiyi məlum oldu. Bundan başqa, verilişdə Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırma aparan "Aznyus.az" saytının əməkdaşının iştirakı əvvəlcədən razılaşdırılsa da, bu iştirak baş tutmadı. Bu isə mediada müəyyən söz-söhbətlərə səbəb oldu.

Proqramın aparıcısı Elçin Əlibəyli "Aznews.az" saytına verdiyi açıqlamada mövzunun dəyişdirilməsinə əsas səbəb kimi E.Tofiqqızının ölümü ilə bağlı müzakirənin aparılacağı proqrama dəvət edilən iştirakçıların qatılmamasını göstərdi. Onun sözlərinə görə, konkret olaraq Elnarə Tofiqqızının ailə üzvləri və Anar Niftəliyev proqrama qatılmayıb.

Mövzunun dəyişdirilməsi media və sosial şəbəkələrdə böyük narazılıqla qarşılandı. Daha çox, hansısa gizli anlaşma haqqında ehtimallar üzə çıxdı. Əvvəla, ona görə ki, verilişin formatı onkoloji problemlərə həsr olunmuşdu və əsas qonaqlardan biri də onkoloq-həkim idi. Onkoloji əməliyyat zamanı həyatını itirən və medianın xüsusi diqqətdə saxladığı şəxs isə Elnarə Tofiqqızıdır.

Digər tərəfdən, "verilişin anonsu niyə proqram efirə gedən gün dəyişdirilməliydi və əvvəlki anonsda qaldırılan problemlər sıradan çıxarılmalıydı", həmçinin, digər əməliyyatı apararkən xəstənin ölümünə səbəb olan həkimin adını E.Əlibəyli efirdən elan etdiyi təqdirdə, niyə E.Tofiqqızının ölümünə bais olan həkimlərin adını çəkməkdən yayındı və "burda ad çəkmirik" elanı verdi?" kimi suallar istər-istəməz diqqəti çəkməyə bilməzdi.

Verilişdən sonra ilk təkzib

Veriliş efirə gedəndən sonra proqramın aparıcısı E.Əlibəyli "Facebook" sosial şəbəkəsində status yazaraq, ona qarşı ittihamları əsassız hesab etdiyini söylədi: "Özünə jurnalist deyən kəs birinə böhtan atmamış düşünər. Verilişin mövzusu və qonaqları da bir həftə öncədən bəlli idi və "mövzu dəyişdirilib", "gizli sövdələşmə var" deməmiş bir dəqiqləşdirərlər. Orada qonaqlar da, jurnalistlər də mövzunu öncədən bilirdilər, heç nə dəyişməyib, sadəcə ayıbdır".

Bu statusda E.Əlibəyli mövzunun dəyişdirilmədiyini iddia edir. Bəs, "Aznews.az" saytına açıqlamasında müəllif mövzunun dəyişdirilməsini niyə təsdiqləmiş və səbəblər də göstərmişdi?

E.Əlibəylidən növbəti ittiham

Məsələ ilə bağlı Elçin Əlibəyli ilə əlaqə yaratdıq. Proqramın aparıcısı Publika.Az-a verdiyi açıqlamada mövzunun dəyişdirilmədiyini bir daha dedi:

"Aznews.az" saytının əməkdaşı qeyri-peşəkarcasına mənim dediklərimi təhrif edib. Mən ona mövzunun dəyişdirilməsi haqda bir söz deməmişəm. Özü də bunu mərhumun ailə üzvlərinin verilişdə iştirakı ilə əlaqələndirməmişəm".

Elçin Əlibəyli həmçinin "Aznews.az" portalının əməkdaşının proqrama qatılmaması və verilişin anonsunun dəyişdirilməsi ilə bağlı məsələyə toxundu:

- "Aznews.az" portalına zəng edib xahiş etmişəm ki, bu saytın "Medi Sina" klinikası ilə bağlı araşdırma aparan jurnalisti verilişə gəlsin. Verilişimin çəkilişi həftənin dördüncü günü olmalı idi. Ancaq texniki problemə görə şənbə gününə keçirdik. Şənbə günü saat 10-da dəvət etdiyim bütün saytların nümayəndəsi gəldi, ancaq "Aznews.az" portalından heç kəs gəlmədi. Saat 10-da isə "Aznews.az" portalının redaktoru mənə zəng edib dedi ki, müxbirimiz saat 16-da gələcək. Ancaq o vaxta qədər veriliş çəkilib qurtarmışdı. O ki qaldı anonsa, anons elə bir şeydir ki, hər hansı başlıq çıxaranda yarımbaşlıq da çıxarılır, başlıq yaxşı oxunmaq üçün dəyişdirilir və sairə. İndi burada da birinci anons veriliş çəkilməmişdən öncə yığılıb və həmin suallar da verilişdə səslənib. Yəni, biz verilişdə anonsda olduğu kimi, ölümlərdən, qiymətlərdən və sairədən danışdıq. Əgər kimsə verilişə baxmadan iddia edirsə ki, burada mövzu dəyişdirilib, bu, ən azı böhtandır".

Bir günahkarın adını çəkmək olar, digərinin yox?..

"Açıq söhbət"in qonağı olan ekspert, professor Adil Qeybulla "Medi Sina"dakı uğursuz əməliyyat barədə danışarkən həkimin adını xatırlamağa çalışdı və E.Əlibəyli "Oksigen" klinikasında məsuliyyətsizliyə yol verən həkimin adını çəkməklə ona yardımçı oldu: Mübariz Əliyevin adını dedi. Lakin A.Qeybulla M.Əliyevi deyil, "jurnalistin ölümüylə bağlı olan" həkimi xatırlatdı və o həkimin adının E.Əlibəyli tərəfindən çəkildiyini bildirdi. Halbuki E.Əlibəylinin adını proqramın çəkilişi vaxtı çəkdiyi həkimin adını efirdən eşitmirik, yəni montaj olunduğu aşkar olur. Bir dəqiqədən sonra isə E.Əlibəyli ümumiyyətlə, adların çəkilməməsi üçün xəbərdarlıq edir. Niyə Mübariz Əliyevin deyil, A.Qeybullanın xatırlatdığı Hərbi Hospitalın onkoloqunun adı "montaja" məruz qalır?

Bir məsuliyyətsiz həkimin adını çəkib, digərini xatırlatmağa ehtiyac görməyən E.Əlibəylidən bunun səbəbini soruşduq. Cavabı olduğu kimi, nöqtə-vergülünə dəymədən təqdim edirik: "Mən deməmişəm klinikanın adını çəkmirəm. Xərçəngin əməliyyat olunması. Bu hadisə də baş verib "Oksigen" klinikasında. Yəni mən "adını çəkmirəm" deyəndə, "Oksigen" klinikasını nəzərdə tuturdum. Çünki sual beləydi ki, xərçəngin əməliyyat olunması. Yəni siz əgər diqqətlə baxsaz, bu haqda mətbuatda getmişdi. Deyir, xərçəngi əməliyyat ediblər, Adil müəllim də cərrahı səhv saldı. Mən də bunu izah etməyə çalışdım ona".

Xatırladırıq ki, biz həm verilişə, həm də verilişin E.Əlibəylinin sosial şəbəkədə yaydığı tam mətninə diqqətlə baxmışıq. E.Əlibəylidənsə xahiş edirik ki, bir daha öz verilişindən bu parçaya baxsın:

Səbəbkar E.Əlibəylidir

"Açıq söhbət"in çəkilişlərinin vaxtı doğrudanmı texniki səbəblərdən dəyişdirilib? Dəyişdirilən çəkiliş vaxtı ilə bağlı sözügedən sayt əməkdaşı məlumatlandırılıbmı?

- Bizi qeyri-peşəkarlıqda ittiham edən Elçin Əlibəyli 3-4 gün əvvəl bacarmadığı işin anonsunu verib, insanlara hörmətsizlik etməməliydi!

Bu sözləri "Publika.Az-a "Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğlu suallarımıza cavab verərkən bildirdi.

Elçin Zahiroğlu həmçinin qeyd etdi ki, "Aznews.az" saytının əməkdaşının verilişdə iştirak etməməsinin səbəbkarı Elçin Əlibəylidir:

- Bir neçə gün əvvəl Elçin Əlibəyli mənimlə əlaqə saxlayaraq saytımızda Elnarə Tofiqqızının ölümü ilə bağlı gedən araşdırmanın müəllifini verilişinə dəvət etmək istədiyini bildirdi. Verilişin çəkilişləri 4-cü gün olmalı idi. Həmin gün səhər tezdən mən ona zəng elədim, amma Elçin Əlibəyli bildirdi ki, verilişin çəkiliş vaxtı dəyişdirilib və şənbə günü saat 16:00-da olacaq. Şənbə günü saat 13:00-da yenə ona zəng vurdum. Elçin Əlibəylinin cavabı isə mənim təəccübümə səbəb oldu. O bildirdi ki, veriliş səhər saat 10:00-da çəkilib qurtarıb və guya bu haqda da mənə daha öncədən məlumat veribmiş. Mən bu məsələnin üstünə çox düşmədim, çünki hesab etdim ki, bizim əməkdaşın orada olmaması verilişin məzmununa təsir etməz. Amma anons dəyişdiriləndən sonra bu, məndə müəyyən şübhələr oyatdı və məsələni araşdırmağa başladıq".

"Medi Sina"nın baş həkimi: "Verilişdə iştirakı çox arzulayırdım"

Onu da bildirək ki, 6 oktyabr tarixində ANS telekanalının efirində gedən "Açıq söhbət" proqramında aparıcı Elçin Əlibəyli qeyd etdi ki, "Medi Sina" və "Oksigen" klinikalarının nümayəndələrini verilişə dəvət etsə də, onlar bundan imtina edib və mətbuata açıqlama verməyə borclu olmadıqlarını bildiriblər.

Bununla bağlı müraciət etdiyimiz "Medi Sina" klinikasının baş həkimi Abbas Bağırov Elçin Əlibəylinin dediklərini təkzib edərək, verilişə qatılmamasının səbəbini üzrlü səbəblərlə əlaqələndirdi: "Mənim xarakterimdə belə şey yoxdur. Çox-çox üzrlü səbəblər üzündən verilişə gələ bilmədim. Əslində, verilişdə iştirakı çox arzulayırdım. Çünki arada olan söz-söhbətlərə aydınlıq gətirməliydim".

Abbas Bağırov həmçinin baş vermiş hadisəyə təəssüfləndiyini də bildirdi və cərrahiyə əməliyyatını həyata keçirən Mahir Məmmədovun klinikadan uzaqlaşdırıldığını qeyd etdi: "Çox xahiş edirəm, məni düzgün anlayın, iki körpə bala anasını itirib. Özü də mənim işlədiyim klinikada. Bunun təkcə psixoloji təsiri mənə uzun müddət stress keçirməyə bəs edir. Mərhumun 3 mərasımınə gedib, bir tərəfdə oturub heç kimin üzünə baxa bilmədim. Elə bilirdim ki, bütün yerin-göyün günahkarı mənəm. Bir var insan qara ciyər, böyrək, mədə-bağırsaq köçürməsindən həyatını itirə, bir də var ki, heç nədən. Onu da bilin ki, əməliyyatı həyata keçirən Mahir Məmmədov klinikamızdan uzaqlaşdırılıb və o, bir daha bizimlə işləməyəcək".

Tarix
2013.10.04 / 13:57
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla