Yuxarı

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi istefa verdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Unuversitetinin dekanı Elnarə Tofiqqızının həkim terroru nəticəsində dünyasını dəyişdiyi "Medi Sina" klinikasının baş həkimi Abbas Bağırov klinikadakı işindən çıxıb.

Bunu zərərçəkənin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov mediaya açıqlamasında bildirdi. Onun sözlərinə görə, Müvəkkil Hüquq Mərkəzində aparılan müstəqil təhqiqat klinikaya sorğu göndərərkən artıq A.Bağırovun orada işləmədiyi müəyyənləşib. "Ancaq onun vəzifəsindən istefa verməsi məsuliyyətdən qurtarması anlamı daşımır", - deyə hüquqşünas qeyd etdi.

S.Vəkilov istintaqa ilk vəsatətlərini təqdim etdiyini də vurğuladı:

"İş materialları ilə artıq tanışam və bir qrup şəxsin dindirilməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevə vəsatət təqdim etmişəm. Hesab edirəm ki, istintaqın obyektiv aparılmasında həmin şəxslərin dindirilməsi mühüm əhəmiyyət kəsb edir".

Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı bu il sentyabrın 20-də "Medi Sina" Tibb Mərkəzində əməliyyat zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb. İşin obyektiv araşdırılıb günahkarların cəzalandırılması üçün zərərçəkən ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Hazırda cinayət işinin istintaqı Baş prokuror Zakir Qaralovun nəzarətindədir.

Tarix
2013.12.04 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla