Yuxarı

Ramil Usubov səfirlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 4-də İtaliyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillonu qəbul edib.

Qonağı səmimi salamlayan nazir bu münasibətlə onu təbrik edərək, fəaliyyəti müddətində Azərbaycan-İtaliya əlaqələrinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini diqqətə çatdıran cənab Ramil Usubov ötən il noyabrın əvvəllərində İnterpolun Baş Assambleyasının İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 81-ci sessiyasında iştirakını, orada "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in imzalanmasını məmnunluqla xatırlayıb, bu sənədin hər iki ölkənin anoloji qurumları arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını bildirib.

General-polkovnik Ramil Usubov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq huququn hamılıqla tanınmış prinsipləri və normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli şəkildə həlli prosesinə verdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlığını bildirib.

Tarix
2013.12.04 / 17:59
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla