Yuxarı

Güclü külək Qarabağ bölgəsini iflic etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika ərazisində müşahidə edilən küləkli hava şəraiti Qarabağ bölgəsində də fəsadsız ötüşməyib.

Ağdam, Ağcabədi, Beyləqan, Bərdə və Tərtər rayonlarında çoxlu sayda yaşayış evlərinin, inzibati binaların və təhsil müəssisələrinin dam örtükləri sıradan çıxıb. Sözügedən rayonların yaşayış məntəqələrinin əksəriyyətində elektrik naqillərinin qırılması üzündən indiyədək elektrik enerjisinin təchizatında problemlər yaşanır. Qasırğa ötən gecədən başlayaraq bölgənin əksər yaşayış məntəqələrini işıqsız qoyub. Çoxlu sayda tikiliyə güclü külək nəticəsində ciddi zərər dəyib.

Ağcabədidə bir çoxmərtəbəli binanın, bir məktəbin dam örtüyü sıradan çıxıb. Beşmərtəbəli tikilinin dam örtüyünün dağılması nəticəsində binanın yaxınlığından keçən elektrik naqilləri və qaz xətti yararsız hala düşüb. Beyləqan şəhərində isə beşmərtəbəli yaşayış evinin dam örtüyü qoparaq tikilinin yaxınlığındakı elektrik naqillərinə və iki avtomobilə ciddi zərər vurub.

Ağdamda da xeyli sayda yaşayış evinin, bir məktəb binasının damları qasırğa nəticəsində örtüksüz qalıb. Rayonun bir sıra yaşayış massivlərini indiyədək enerji təmin etmək mümkün olmayıb. Hazırda sözügedən rayonlarda fəsadlar aradan qaldırılır. (APA)

Tarix
2013.12.04 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla