Yuxarı

İqbal Ağazadə hakimiyyəti ittiham etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hökuməti xaricdə işləyən vətəndaşlarını və yaxud da soydaşlarını qoruya bilmir. Onların hüququnu qorumaq istiqamətində effektiv iş görmür".

Bu sözləri "Axar.az"a Ümid partiyasının sədri İqbal Ağazadə Moskva vətəndaşı Yeqor Şerbakovu qətlə yetirilməkdə şübhəli bilinən Orxan Zeynalov ətrafında baş verən olaylara münasibət bildirərkən deyib.

Millət vəkili baş verən hadisəni Rusiyanın Avrasiya İttifaqı ilə bağlı məsələdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi qiymətləndirib: "Rusiyanın miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibəti həmişə bu cür olub. Amma hesab edirəm ki, bu, bir dalğadır və tezliklə keçib gedəcək. Çünki Rusiyanın miqrantlara ehtiyacı var. Baş vermiş hadisədə daha çox siyasi məqsədlər var: Rusiya bu yolla Azərbaycana təzyiq etmək istəyir. Dekabr və yanvar ayında Avrasiya İttifaqı ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Alt yapıda Azərbaycana təzyiq vasitələrdən də biri bu olacaq. Ona görə də şimal qonşumuz indidən Azərbaycana təzyiq etmək üçün zəmin yaradır".

Millət vəkili həmçinin hesab edir ki, Azərbaycan tərəfi bu məsələdə vəziyyətin gərginləşməməsi üçün susmağa üstünlük verdi və daha çox vasitəçilərin köməyindən yararlandı: "Bu məsələdə susmağa daha çox üstünlük verdilər, çünki mövqe ifadə etdikcə, münasibətlər daha da gərginləşə bilər. Ona görə də əl atından olan vasitəçilərin, səfir və Milyarderlər İttifaqında olanların aparacağı danışıq daha effektlidir, nəinki hökumət hər hansı bir bəyanat verə, sonra da arxasında dura bilməyə".

Tarix
2013.10.18 / 17:21
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla