Yuxarı

Qızımın sayəsində narkotiki atdım

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi futbolçu Dieqo Armando Maradona narkotikanı atmasının səbəbini açıqlayıb.

"Axar.az"ın xəbərinə görə, Dieqo Maradona həyatını danışdığı "DVD"nin təqdimetmə mərasimi üçün gəldiyi Milan şəhərində narkotika asılılığından Peleyə, FİFA-dan futbolda rüşvətə və Dünya Kubokuna qədər bir çox mövzuda təəccüblü açıqlamalar verib.

"Peleinin aldığı mükafat heç nə ifadə eləmir"

2000-ci ildə internetdə təşkil edilən səsvermədə səslərin yüzdə 53-nü qazanmasına rəğmən, FİFA tərəfindən Peleyə verilən "Əsrin Oyunçusu" mükafatı haqqında danışan Maradona, "O mükafatı ictimaiyyətin fikrincə, mən almalıydım, Pele ikinci idi. Amma o mükafat onsuz da heç nə ifadə eləmir", deyib.

FİFA idarəçilərini topa tutan Maradona, "Onların hamısı hardasa 95 yaşa çatmış adamlardı. O qədər qocadılar ki, avtomobil belə idarə edə bilməyəcək haldadılar. Bu adamlar dünya futbolunu necə idarə edə bilərlər?"- deyə bildirib. Maradona ştatlarda irqçiliklə bağlı da FİFA-nı adamların deyil, sadəcə öz çıxarlarını düşünməkdə günahlandırıb.

"2012-cü il Dünya Kubokunu Cənubi Amerika qazanacaq"

Braziliyada keçiriləcək 2014-cü il Dünya Kuboku haqqında da danışan Maradona, "Messi 2010-cü ildəki Dünya Kubokunda məni xəyal qırıqlığına uğratmadı. Möhtəşəm oyunlar keçirdi və finala keçmədiyimizdə hamı kimi onun da ağladığını gördüm. Ümid edirəm, 2014-cü ildə onun qalib olacağını görərəm, amma İspaniya və Braziliya qarşısında oynamaq çox çətin olacaq", deyib. Həm də əminliyini bildirib: "Nə olursa olsun Dünya Kuboku Cənubi Amerikada qalacaq, buna əminəm", - deyərək iddialı çıxış edib.

Gənclərə narkotik məsləhəti...

Bir müddət narkotik istifadəçisi olan Maradona hazırda həyatda olmayan anasını, həyat yoldaşını və qızlarını çox ağlatdığını etiraf edib: "Mən təkcə özümə pislik etdim. Gənclərə narkotikadan uzaq durmağı məsləhət görürəm. Qızım Dalma bir gün gəlib mənə, "Ata əsla ölmə, bacımın sənə ehtiyacı var", ondan sonra narkotiki atdım", - deyib.

Tarix
2013.10.19 / 12:15
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla