Yuxarı

“Mark Tven”nin sahibi ilk dəfə qadın oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

OnunLyusil Bol, Cimmi Styuart, Ronald Reyqan kimi qonaqları olub

ABŞ-ın ən önəmli yumor mükafatı sayılan "Mark Tven yumor mükafatı"nın sahibi bu dəfə ölkənin ilk qadın şoumeni Karol Burnet oldu.

1960-cı illərdə ABŞ–da başlayan və öz adını daşıyan şounu 11 il davam etdirən, həftədə təxmini 30 milyona yaxın tamaşaçını ekran qarşısına yığmağı bacaran 80 yaşındakı məşhur komediya şoumeni Burnet mükafatı ABŞ-ın paytaxtı Vaşinqtonda "Kennedy Center for the Performing Arts" mərkəzində aldı.

Burnet çıxışında: "Bu, çox həyəcan vericidir. Bu anı uzun zamandır gözləyirdim və gecikməsinin səbəblərini anlayıram. Vaşinqtonda məndən daha çox yumorlu insanlar var. Amma sevinirəm ki, bunların arasından mən seçildim",- deyə bildirdi.

Müsahibələrində Kaliforniya Los Anceles Universitetində jurnalist ixtisasına qəbul olduqdan sonra aktyorluq kurslarına yazılaraq səhnədə ilk addımlarını atdığını deyən Burnet ilk rolunda Texaslı fermer qadını canlandırdığını və əvvəllər öz adını daşıyan şou proqram hazırlamağı düşünmədiyini bildirən Burnet ancaq CBS kanalı ilə müqavilə bağladıqdan sonra bu fikrə düşdüyünü dedi.

Qeyd edək ki, Burnetin 1967–ci ildən 1978-ci ilə qədər davam edən şousunda Lyusil Bol, Cimmi Styuart, Ronald Reyqan və Betti Uayt kimi məşhurlar qonaq olub.

Tarix
2013.10.21 / 22:38
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla