Yuxarı

Toyota sahiblərinə bəd xəbər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toyota 885 min avtomobilini kondisioner sistemindəki problem ucbatından geri çağırmağa qərar verib. Su axıtma probleminin "airbag" rəhbərlik moduluna da təsir etdiyi deyilərək geri çağırmanın 2012/2013 modellərinə aid olduğu bildirilib. Geri çağırılan modellər sırasında Camry, Camry Hibrid, Avalon, Avalon Hibrid və Venza da var.

"Milliyet"in xəbərinə görə, şirkət mütəxəssisi geri çağırmanın Şimal Amerika, Avropa, Asiya və Orta Şərqi əhatə etdiyini açıqlayıb.

Keçən ay da RAV4 və Lexus HS 250h daxil olmaqla 780 min avtomobilini geri çağıran Toyota, sentyabr ayında da 615 min Sienna Minivan modelini pedal problemi üzündən geri çağırmışdı.

Beləcə, avtomobil nəhəngi son həftələrdə 2.2 milyondan çox vasitəsini geri çağırmış oldu.

Tarix
2013.10.22 / 11:35
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla