Yuxarı

Mən də Ərdoğançı oldum...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Axar.az" saytı iş gününə "Yutub"dan aldığı məktubla başladı. Həmin məktubdan bəlli oldu ki, saytın video hesabı bağlanıb, özü də "Samanyolu TV"nin şikayəti əsasında...

Sən demə, Fətullah Gülənin bütün Türkiyə saytlarında yayımlanın məşhur "bəddua" çıxışını "Axar.az"ın yayımlaması onların haqqına girməkmiş... Təbii, biz də bilirik ki, videonun sahibi onlardır, amma axı sayt bu videonu yerləşdirəndə istinad vermişdi, oğurluq-filan etməmişdi.

Bir də maraqlıdır, bütün Türkiyə saytlarında yayımlanan bir videonun "Axar.az"da yerləşdirilməsi niyə bu boyda reaksiya yaradır?! Özü də video gizli çəkiliş də deyil, adam keçmiş kameraların qarşısına, asta-asta, arxayınlıqla, daha doğrusu, odla, atəşlə bədduasını etmiş... Əgər bunda qəbahət varsa, bunu biz etmədik ki, indi də bizdən şikayət edirsiniz, bəy əfəndilər!?

Fətullah Gülən də, Ərdoğan da danışanda anlaşılır ki, hər ikisi dindardır, ya da hər şeyi din adına etməyə üstünlük verirlər... Bilmirəm, biz buna qarışmırıq, amma Gülən camaatının bol-bol istinad etdiyi o dində kimsənin haqqına girməmək kimi bir tövsiyə var axı...

İndi niyə mənim xəbər almaq və vermək haqqıma girirsiniz?

Hadisələrin başında Ərdoğanın qardaşı haqqında yayımlanan, özü də gizli çəkiliş olan bir videonun yayımlanması görəsən istinad etdiyiniz dinin qaydalarına uyğunmuydu? Axı o dində buyurulur ki, birinin ayıbını ört, Allah da sənin ayıblarını örtsün. Yaxşı, siz niyə birinin eyibini bu qədər faş etdiniz və elə həmin videonu da türk saytlarından götürüb "Axar.az" saytına yerləşdirəndə bizdən şikayət etmədiniz? Mustafa Ərdoğanın videosu Fətullah Gülənin olduğu iddia edilən saytda gizli çəkiliş adı ilə yayımlananda haqq niyə kimsənin yadına düşmədi? Niyə onlar özlərinə bu haqqı verdi, axı kimsə özünü əxlaq polisi elan edə bilməz.

Görünən o ki, haqq da adamına görə dəyişir?..

Nə deyək... Bizim işimiz xəbər vermək... Amma vallah, adam bəzən şərh etməkdən də özünü saxlaya bilmir. Əsasən də kimin kim olduğu bəlli olanda... İndi də bir az özümə şərh etmək azadlığı verib deyirəm ki, şəxsən mən Ərdoğanı heç vaxt demokrat, Fətullah Güləni də din adamı saymamışam. Hər ikisi işini bilən siyasət adamıdır, bu qədər qısa və aydın... Amma hər şeydə bir müqayisə var və mən bu haqqımdan istifadə edib o qənaətə gəldim ki...

...Valahi də, billahi də Ərdoğan əməlli-başlı demokrat imiş... Çünki biz sayt olaraq Ərdoğanın qardaşı haqqında videonu Azərbaycanda yükləyən ilk saytıq və adı çəkilən material "Yutub"dan belə götürüldükdən sonra bizdə başqa mənbədən yerləşdirildiyindən silinmədi. Buna rəğmən Ərdoğan komandasından nə şikayət aldıq, nə də cəza...

Əlində böyük bir dövlətin təsir imkanları olan Ərdoğan bizə bu təzyiqi etmədiyi halda, Fətullah Gülənin öz çıxışına bu qədər sərt yanaşması məni müqayisə edib nəticə çıxarmaq haqqımdan istifadə etməyə sövq etdi.

Yəni deməyim o ki, mən bu hadisələrdə Ərdoğançıyam...

...Və ümid edirəm ki, buna görə də Gülən camaatı bizdən narazı qalıb harasa şikayət etməz.

Bir də, bəylər, sizin işiniz siyasət "yapmaq", bəddua etməkdirsə, bizim də işimiz xəbər etməkdir.

Tarix
2013.12.23 / 17:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla