Yuxarı

Türkiyəli məşhurlar Bakıda mükafat aldı - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"JW Marriott Absheron Hotel"də V "The First 2013" mükafatlandırma mərasimi baş tutub. "Xəyal Production"un təşkilatçılığı ilə keçirilən gecəyə Türkiyədən tanınmış sənətçilər qatılıb.

Aparıcılığını Samirə Rüstəmova və yazıçı, jurnalist Xəyal Rzanın etdiyi tədbirdə məşhur "Kaybolan yıllar" serialında baş rolu oynayan Saruhan Hunel, müğənni Aslı Hunel, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx, modelyer Gülnarə Xəlilova və il ərzində müxtəlif sahədə uğur qazanmış şəxslər mükafatlandırılıb.

"O Səs Türkiyə"nin finalçılarından olan və "Üsyan" mahnısı ilə sevilən Ayda Mooşarrafın tədbirə gələcəyi gözlənilsə də, son anda bu, mümkün olmayıb. Xəyal Rza yaxın aylarda Aydanın xüsusi konsert proqramının təşkilini vəd edib.

Qeyd edək ki, ötən illərdə keçirilən "The First" mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazıt Öztürk, aktyor Erkan Petekkaya, aktrisa Serenay Sarıkaya, müğənni Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar gəlmişdi (Axşam.az).

Tarix
2013.12.24 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla