Yuxarı

Müsəlmanlardan Fransa ordusuna ultimatum

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasında Seleka milisləri ilə xristianlar arasındakı qarşıdurmalara dünən sülhməramlı qüvvələr də qarışıb.

Paytaxt Banqidəki aerodromun girişində Fransaya dəstəkçün aksiya keçirən xristianlar, prezident Mişel Djotodianı istefaya çağırıb. Nümayişçilər Afrika Birliyində çalışan Çad əsgərlərinin də ölkədən çıxmasını istəyib. Çad birliklərinin nümayişçilərin avtomobillərinə daş atmasından sonra havaya və kütləyə atəş açması nəticəsində 1 adam ölüb. Çad lideri İdris Debay İtno martda prezident François Bozizeni devirib yerinə öz dəstəklədikləri Djotodianı gətirən Selekaya ağıl verməkdə günahlandırılırdı. Bu vaxt prezident nümayəndələri də ölkəyə 16 min əsgər göndərən Fransanı bazar günü 3 keçmiş Selaka milisini öldürməkdə günahlandırıb. Açıqlamada "öldürülənlərin prezident mühafizəçiləri" olduğu bildirilərək "soyuqqanlılıqla öldürüldükləri" söylənilib. Fransa nümayəndələri isə açıqlamasında belə deyib: "Əsgərlərin üzərinə atəş açmağa hazırlaşdıqları üçün Seleka milisləri öldürülüb".

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müsəlmanlar isə Fransanın təkcə xristianları qorumaq üçün gəldiyini iddia edərək aksiya təşkil edib. Keçmiş Turizm Naziri və Ədalət Üçün Mərkəzi Afrika Xilaskarları Hərəkatının lideri Abakar Sabon Fransaya ultimatum göndərib. Həm müsəlmanlar, həm özünə təmsil səlahiyyəti verən Selekalılar adından danışdığını ifadə edən Sabon belə deyib: "Xristian milislərə dəstək 1 həftə içində kəsilməzsə Fransaya qarşı aksiyalara başlayacağıq və ölkəni müsəlman şimal və xristian cənub olaraq ikiyə böləcəyik".

Tarix
2013.12.24 / 11:37
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla