Yuxarı

İnsanlıq tarixinin ən qəribə ayinləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yanomami" qəbiləsi ölüləri yandırıb, külünü bananla qarışdıraraq yeyirlər

Bir çox cəmiyyətlər adətlərinə bağlıdır. Ancaq ənənəvi olaraq həyata keçirilən bu ayinlər çox qorxuludur. İnsanlıq tarixinin ən qəribə ayinlərini sizlərə təqdim edirik:

Voodoon və ruhu ələ keçirmə

"Vodun" Qərbi Afrikada bir dindir. Bu dinin ayinlərindən biri də hansısa insanı bir növ medium halına çevirməkdir. Bu insanın meşəyə gedərək müqəddəs ruhla rabitəyə keçməsi təmin olunur. Ruh bədəni ələ keçirir və insan şüursuz vəziyyətə düşür. Bu vəziyyətdə üç gün ac və susuz qalır, daha sonra isə başqa bir ayinlə şüuru yerinə qayıdır.

Hannibalizm

Hindistanın Varanasi şəhərində yaşayan Ağori Atalar ölüləri yeməkləri ilə məşhurdurlar. Bu mədəniyyətə görə din adamlarını, uşaqları, subay və ya hamilə qadınları yandırmaq olmaz. Bunun əvəzində öldükdən sonra cəsədi çaya atırlar və Ağori Atalar da onları çaydan çıxarıb yeyirlər.

Günəş rəqsi

Aborigen amerikalılar təbiəti şərəfləndirmək üçün cürbəcür adətlərə sahibdirlər. Bu adətlərə müqəddəs ruha dua etmək və ya insanı dirəyə bağlayaraq qurban vermək daxildir. Qurbanın döşündən bir dəlik açılır və dəlikdən keçən bir kəndirlə həyat ağacı simvolu olan bir dirəyə bağlanır. Daha sonra qurban irəli-geri gedərək kəndirdən xilas olmağa çalışır. Bu rəqs saatlarla davam edə bilər.

İplə atlanmaq

Sakit Okeanın sahilindəki bir adada yerləşən Bunlap kəndində "Gikol" adlı qəribə bir adət mövcuddur. İplə hündürdən hoppanmağa bənzəyən bu adətdə insanlar rəqs edir, sonra özəl olaraq taxtadan düzəldilmiş qüllələrə çıxıb könüllü olaraq ayaqlarına ip bağlayaraq aşağı atılırlar.

Səmada basdırılmaq

Tibetdə buddistlər reinkarnasiyaya (bir daha dünyaya gəlmək) inanırlar və dolayı yolla cismi öldükdən sonra qorumaq lazım olduğunu düşünürlər. Buna görə öldükdən sonra meyitləri açıq havada, yüksək yerlərə qoyurlar. Və beləliklə, meyitlər yırtıcı quşlar tərəfindən yeyilir. Rahiblər meyiti yırtıcı quşlar tez yesin deyə parçalayırlar.

Alovun üzərində gəzmək

Malaziyada taoistlərin təşkil etdiyi "Doqquz İmperiya Tanrı" festivalında insanlar alovun üzərindən çılpaq keçir. Çünki alovun, qüsur və pis ruhları uzaqlaşdırdığına inanırlar. Bu ayini hər il yüzlərlə insan həyata keçirir.

Ölülərlə rəqs

Sümüklərin canlanması mənasını verən "Famadihana" festivalı hər il Madaqaskarda həyata keçirilir. İştirakçılar meyit nə qədər tez çürüsə, o qədər sürətlə sonrakı həyata keçəcəklərinə inanırlar. Buna görə cəsədləri qəbirdən çıxarıb rəqs edir, mahnı oxuyurlar. Ayin bitəndə isə cəsədi yenidən basdırırlar.

Ölüm ayini

Amazon cəngəlliyində yaşayan, dünyanın ən qədim qəbilələrindən olan "Yanomami" qəbiləsi ölümün təbii bir hadisə olmadığına inanırlar. Buna görə ölüləri yandırıb, külünü bananla qarışdıraraq yeyirlər. Bunun sayəsində ölənlərin yaşamağa davam etdiklərinə inanırlar.

Tarix
2013.10.23 / 13:33
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla