Yuxarı

Rokfeller Türkiyəni necə çökdürdüklərindən danışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son yüz ilin ən böyük etirafları

İnsanların əksəriyyəti dünya dövlətlərini həqiqətdə azad, yeddi milyard insanın isə böyük hissəsinin şəxsi rəylərinə görə ağıl və iradəsi ilə yaşadığını zənn edir.

Əslində isə bu elə düşünən insanların eyforiyada yaşaması deməkdir. Aşağıda sizə ABŞ vətəndaşı, yəhudi əsilli iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarını təqdim edirik.

Adnan Menderes dönəmində "Marşal" planını işə saldıq

Türklər də illər boyu kommunizmə qarşı olub. 1950–ci illərdə bizim dəstəyimizlə Adnan Menderes hakimiyyətə gəldi. Əslində Menderes bizimlə lap başdan gözəl dialoqa girmişdi. Bizdən seçkilərdə aldığı dəstək qarşılığında "Marşal" planı adı altında davamlı borc alır və ölkə sənayesinə kapital yatırırdı. Fəqət hakimiyyət bu pulları o qədər plansız və proqramsız xərcləyirdi ki, pulları qaytarmaq vaxtı çatanda ödəyə bilmədikləri üçün yenidən bizdən pul borc götürürdülər. O zaman biz qarşılığında ondan ölkənin qapılarını xarici sərmayə üçün açmağı və bizim şirkətlərimizə xüsusi imtiyazlar verməsini istədik. Menderes bizə bunu heç bir zaman qəbul etməyəcəyini söylədi və bizdən uzaqlaşmağa başladı. Türkiyə ilk dəfə idi ki, asfalt yollar görür, fabriklər, zavodlər tikilirdi. Ölkədə müsəlmanlar çoxluq təşkil etdiyi üçün hər yerdə məscidlər tikilirdi.

Bizdən ayrıldı və edam edildi

Bir manevrlə bu işə son qoyuldu və sonunun belə olmasını istəmədiyimiz halda bütün komandasıyla bərabər edama getdi.

Sadəcə, Cəlal Bayar canını qurtara bildi, çünki mason idi. Papa Ronkalli və ya digər adı ilə XXIII Con, Vatikanın təzyiqi ilə onu edam olunmaqdan xilas edə bildi.

1980 hərbi çevrilişi bizim istəyimizlə baş verdi

Həmin dönəmdə ölkədə solçular, sağçılar iqtidara gəlir və bizim istəklərimiz isitqamətində ölkə iqtisadiyyatını idarə edirdilər. Fəqət Amerika və Avropada inkişaf etmiş ölkələrin bazarlarında tələb azalmış və biz məhsullarımızı sata bilmirdik. Buna görə də digər inkişaf etməkdə olan ölkələrə tətbiq etdiyimiz planı onlarada tətbiq etmək istədik və azad bazar iqtisadiyyatına keçmələrini və idxalın sərbəst buraxılmasını tələb etdik. İstəklərimizi qəbul etmiş görünürsələr də, işin icrasını yubadırdılar.

Minlərlə Türk gənci uydurma ideologiyalar ugruna can verdi

Sonda bu dilemma bildiyimiz "Ordo Ab Chaos" yoluyla öz həllini tapdı - yəni "Əvvəlcə xaos, sonra stabillik". Təxribatlarımız vasitəsiylə sağ və sol ideologiyalar arasında savaşlar başladı. Əslində, qabaqcadan təsdiqlədiyimiz Kipr müharibəsindən sonra ölkəyə tətbiq edilən sanksiyalar sayəsində xalq həyatdan bezgin vəziyyətdə idi. Cinayətkarlar varlanır, xalq isə səfalət durumuna düşürdü. Ölkəyə göndərilən provakatorlarımız üçün bu xalqı qıcıqlandırmaq heç də çətin olmadı.

Türkiyəni sağçı və solçu olaraq ikiyə böldük

Hadisələr elə bir vəziyyətə gəlib çatmışdı ki, küçə döyüşlərində hər gün əlli-altmış adam ölürdü. Bütün ölkə terror qorxusu altında əzilirdi.

Keçid dövrü və tənzimləmə

İnsanlar axşamlar küçələrə çıxa bilmirdilər. Hər an gülləyə hədəf olmaq qorxusu var idi. Minlərələ türk gənci uydurma idealogiyalar uğrunda can verdilər. İqtidara gələnlər bir-birini əvəzləyirdi, lakin vəziyyəti kontrol edə bilmirdilər. Sonra Hərbi Çevriliş oldu və hər şeyə son qoyuldu. Zavallı xalq sözdə bu dəyişikliyi hərbi çevrilişin nəticəsi olaraq görürdü. Çünki ölkədə nəhayətsiz terrorizimə son qoyulmuş və ölkədə stabil vəziyyət yaranmışdı.

Əslində provakatorların edəcəyi bir iş qalmamışdı, ona görə də səhnədən çıxmışdılar. Burada oynanan oyun ondan ibarət idi ki, xalq ümidsiz və çarəsiz vəziyyətə salınmalı və onlara "xilaskar lider" təqdim edilməli idi. Ondan sonra bu lider nə edir-etsin, xalq onu qəbul edəcəkdi.

Turqut Özal qapıları istəklərimiz üçün sonuna qədər açdı

Hərbi hökumət bir müddət dövləti idarəçiliyini əlində saxladı, sonra isə idarə etməni bizim münasib bildiyimiz liderə verdi. Bu, Turgut Özal idi. Turqut Özal istəklərimiz istiqamətində qapıları sonuna qədər açdı. Bizim Şirkətlərimiz bu bakirə bazara canavar kimi hücum etdi. İlk vaxtlar qiymətləri çox aşağı salaraq rəqabət gücünü sıfıra endirdilər. Ölkə artıq Amerika və Avropa istehsallı mallarla dolmuşdu. Sənaye şirkətlərimiz anbarlarını boşaldarkən maliyyə şirkətlərimiz isə artan idxalatı həzm edə bilmələri üçün ölkəyə yüksək faizlərlə kredit verirdi.

Beləcə, inkişaf etməkdə olan ölkələrin hamısında tətbiq edilən bu planla həm bizlərdən aldıqları məhsulla şirkətlərimiz varlanırdı, həm də bu malların qarşılığı olan ödəmləri gerçəkləşdirə bilmələri üçün bizim maliyyə şirkətlərimiz və banklarımızdan aldıqalrı kreditlə borc bataqlığına yuvarlanırdılar.

Dost, ailə, vicdan kimi anlayışlar unuduldu

Bu ölkə bizim qaydalarla o qədər tez ayaqlaşdı ki, heç bizim də düşünə bilməyəcəyimiz xəyali ixracat kimi metodlar kəşf etdilər.

İnsanlar artıq ən qısa və ən asan yolla pul qazanmağın ardınca düşürdülər. Rüşvət, dövlət banklarının qarəti, siyasi tərəf dəyişmək bunlara misal ola bilər.

Türkiyə də pulun qiyməti getdikcə artdı – dost, ailə, dürüstlük kimi anlayışlar unuduldu və sadəcə, pulu olanlara hörmət edilməyə başlandı. Elə bu vaxtlarda yerli sənaye transmilli şirkətlərin içində əriyir və ya ucuz qiymtə satın alınırdı.

"Kürd Dövləti Layihəsini" gerçəkləşdirmək üçün təşkilat yaratdıq

Saf ideallarla işə başlayan Özal sonda bu sistemin gerçəklərini görərək özünü kapitalizmin çarxlarının arasına atdı. Ailəsini və ətrafını zənginləşdirməyə başladı. Ölkə elə bir vəziyyətə gəlib çıxdı ki, artıq Özalın ətrafından şahzadələr peyda olmağa başladı. Onda biz, "ölkə monarxiya dövrünə geri qayıdır",- deyə düşünməyə başaldıq. Hər nə isə, ölkə insanının münasibətini öyrənmək üçün Özalın Kürd dövləti haqda danışmasını istədik. Kürd dövləti layihəsini həyata keçirmək üçün "….." (Rokfeller həmin təşkilatın adını çəkmir. – red.) adında təşkilat yaratdıq. Bu təşkilatla mübarizə aparmaq ölkə iqtisadiyyatına çox böyük zərər verdi və artıq Türkiyə bizim istəklərimizə yox deyə bilməyəcək qədər gücsüz olmuşdu.

Yazı "Yozgatyenigun"ün materialı əsasında hazırlanıb.

Tarix
2013.10.23 / 17:27
Müəllif
Emin Nihil
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla