Yuxarı

Hakerlər Azərbaycanın məxfi sənədlərini ələ keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın Bakıdakı səfirliyinə aid sənədlərdə söhbət FTX agentlərindən, nazir və deputatlardan, ölkə üzərindən daşınan hərbi yüklərdən, prezident təyyarəsinin reysindən və s. gedir
"Anonimous" beynəlxalq hakerlər qrupu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) xüsusi mühafizə olunan daxili kompüter şəbəkəsinə hücum edib və böyük miqdarda məxfi sənədləri ələ keçirib.
Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən sənədlər arasında Ukraynanın Bakıdakı səfirliyinin və şəxsən səfir Aleksandr Mişenkonun sənədləri də yer alır. Sənədlərin bir hissəsi artıq internetdə yayılıb. Orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentlərindən, nazirlərdən və deputatlardan, Birləşmiş Ərəb Əmirliklərindən və Azərbaycandan olan biznesmenlərdən, Ukrayna ilə Azərbaycan arasında neft-qaz danışıqlarından, Azərbaycan üzərindən daşınan hərbi yüklərdən və s. söhbət gedir.
Hakerlər bildirirlər ki, onlar Ukrayna XİN-in daxili kompüter şəbəkəsinə bu ölkənin "EuroTraceTelcom" telekommunikasiya şirkətinin kompüter şəbəkəsi üzərindən daxil olublar. Belə şirkətin mövcudluğu haqda indiyədək heç ukraynalıların da eşitmədiyi bildirilir.
Ələ keçirilən sənədlərin əksəriyyəti Ukraynanın Azərbaycandakı səfirinin fəaliyyəti barədədir. Hakerlər Azərbaycan-Ukrayna münasibətlərinin qaranlıq tərəflərini araşdırmağa çalışır. Onlar bildirir ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun Azərbaycanla əlaqələrini, qaz və neft ticarətini üzə çıxarmağa cəhd edirlər.
Ələ keçirilmiş sənədlərdən bir hissəsi http://imgur.com saytında yerləşdirilib. Lakin sənədlərin sayı minlərlərdir və hakerlər onları hissə-hissə yayacaqlarını elan ediblər.
Hakerlərin bildirdiyinə görə, Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) Y.Timoşenko ilə bağlı "bir çox maraqlı işləri" var və Ukrayna səfirliyi bu işləri gizli saxlamağa çalışır.
"Ona görə də biz səfirliyi bir balaca silkələyirik ki, bu sirlər üzə çıxsın" - deyə hakerlər bildirir.
Sənədlərin birində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ukraynanın "Naftoqaz" şirkətinin prezidentini sutkanın 24 saatı nəzarətdə saxlamasından bəhs olunur. Birləşmiş Ərəb Əmirliklərinin "ARJ Holding" şirkətinin vitse-prezidenti, Dubay əmiri Muhamməd əl-Məktumun yaxın biznes tərəfdaşı Muhammed Cuma Rusiyanın "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərova yazdığı məktubunda bu ərəb ölkəsinin Ukrayna və "Naftoqaz" şirkəti ilə əməkdaşlığın gələcək perspektivlərindən narahatlıq ifadə olunur.
Bu narahatlığın səbəbi prezident Vladimir Putinin iştirakı ilə təsis olunmuş Rusiya Sənaye-İnvestisiya Fondunun prezidenti Aleksandr Baqnyukun məxfi müraciətidir. Həmin müraciətdə A.Baqnyuk "Naftoqaz"ın indiki rəhbəri Yevgeni Bakulinin "psixi baxımdan qeyri-sağlam və qeyri-adekvat" adam olduğunu göstərir. Bu keyfiyyətlərinə görə Rusiya FTX-sı onu nəzarət altında saxlayır.
Sənədlər arasında Ukrayna Sənaye və Energetika Nazirliyinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevə bu ilin may ayında göndərdiyi məktub da yer alır. Həmin məktubda Azərbaycanın Ukrayna neftayırma zavodlarına xam neft təchizatı və bu ölkə üzərindən Avropaya neft nəqli planları ilə bağlı aparılmış danışıqlardan bəhs olunur.
Digər sənəd Ukrayna Ali Radasının deputatı, bu ölkənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Stoyan Mixayloviçin bu ilin iyun ayında Bakıya səfəri ilə bağlı Ukrayna səfirliyinə göndərilib.
Sənədlərdən digəri Ukrayna prezidenti Viktor Yanukoviçin bu ilin iyun ayında Türkmənistana səfəri zamanı onun təyyarəsinin uçuş marşrutu, aeroporta enmə və qalxma vaxtı, bort nömrəsi və digər uçuş göstəriciləri barədə Bakıdakı səfirliyə göndərilmiş teleqramdır.
Qeyd edək ki, açıqlanmış sənədlər arasında hələlik yüksək məxfilik qrifi daşıyan sənədlər yoxdur.
Tarix
2013.10.24 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla