Yuxarı

ABŞ-ın 35 prezidenti dinləməsi skandal yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Quardian" qəzeti xəbərində Snoudenin sızdırdığı sənədlərə istinad edərək Amerikanın 35 prezidenti dinlədiyini iddia etsə də, ad çəkməyib.

200 prezidentin məxfi telefon nömrəsi

Qəzet sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti Edvard Snoudenin sızdırdığı sənədlərə istinadən 2006-cı ildə Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (NSA) ölkədəki ictimai təşkilatlara göndərdiyi gizli bir məktubu yayınlayıb.

Məktubda yüksək vəzifəli məmurlar əllərində olan 35 dünya prezidentinə aid kontakt məlumatları beynəlxalq agentlik ilə paylaşmağa təşviq edildiyi göstərilib, həmçinin yaxın tarixdə 35 prezidentə aid 200 telefon nömrəsinin agentliyin əlinə keçdiyini və bu nömrələrdən 43-nün daha əvvəl bilinmədiyi qeyd edilib.

Məlumatda ələ keçirilən telefon nömrələri "potensial kəşfiyyat qaynağı" adlandırılıb.

Almaniya: Bizdə məlumatlar var

Almaniya hökumətinin sözçüsü dünən verdiyi açıqlamada "əlimizdə baş nazir Merkelə aid telefon danışıqlarının Amerika tərəfindən dinlənilmiş ola biləcəyinə dair məlumatlar var",- deyib.

Hadisəyə görə Merkel Obamaya zəng edərək açıqlama tələb edib.

Fransada 70 milyon telefon danışığı

Fransanın "Le Monde" qəzeti bu günlərdə başlatdığı araşdırmanın nəticələrini açıqlayıb. Araşdırmanın nəticələrinə görə, Amerikanın Milli Təhlükəsizlik Agentliyi 10 jurnalistdən ibarət olan özəl komanda tərəfindən gizli dinləmə proqramı vasitəsi ilə Fransada 70 milyon telefon danışığı qeydə alındığını bəyan edib.

Xəbərdə MTA-nın, sadəcə, 10 dekabr 2012-ci ilə 8 yanvar 2013-cü il tarixləri arasında bu dinləməni həyata keçirdiyi bildirilib.

Tarix
2013.10.25 / 12:58
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla