Yuxarı

“Xəzər Gəmiçiliyi”ndə əmək müqavilələri ləğv edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidentinin sərəncamı ilə yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC keçmiş Xəzər Gəmiçiliyi və ARDNŞ-nin tərkib hissəsi olan Xəzər Dəniz Neft Donanması İdarələrinin birləşməsindən ibarət olacaq.

"Axar.az"ın əməkdaşı XDND–nin Xətai rayonu, Əbilov küçəsi 25-də yerləşən əsas idarələrindən birində olub. Adını bildirmək istəməyən rəhbər şəxslərdən biri əməkdaşımıza deyib ki, Donanma əvvəllər olduğu kimi yenə də öz ritmində işləyir, heç bir narahatçılıq yoxdur. Yaxın günlərdə idarənin bütün işçilərinin əmək müqaviləsi ləğv ediləcək və yeni yaradılmış QSC ilə yeni müqavilələr təklif olunacaq. Bütün bunların Donanmanın üzən heyətinin əmək haqqına mənfi təsiri olmayacaq. Baxmayaraq ki, iki fərqli Donanma birləşdirilib. Xatırladaq ki, Aydın Bəşirovun rəis olduğu Xəzər Gəmiçiliyi İdarəsi Ticarət donanması, Mübariz Mədətovun rəis olduğu Donanma isə Neft Donanmasıdır. Bununla belə mənbəmiz bildirib ki, QSC yarandıqdan sonra, donanmada güclü ixtisarların olacağı da istisna deyil.

Xatırladaq ki, yeni yaradılmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Göyüş oğlu Vəliyev təyin edilib.

Tarix
2013.10.25 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla