Yuxarı

Qəzzafinin yataq sirləri yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəddafinin hərəmində yaşanan təcavüz olayları keçən il işıq üzü görən kitabda yer alıb. Qəddafinin öz hərəm sirlərini qələmə alması oxuyanları heyrətə salır.

"Axar.az"ın məlumatına görə, "Qəddafinin hərəmi" adı altında çıxan kitabda Liviyalı diktatorun onlarla qadını qaçıraraq necə təcavüz etdiyindən bəhs olunur.

Kitabda Qəddafi üçün qaçırılan qadınların içərisində məktəbdə oxuyan uşaqlarla yanaşı, toy mərasimindən oğurlanan gəlinlər də var.

Diktator 15 yaşlı qızı belə aldadıb

Gənc qız və qadınların Qəddafinin hərəminə necə daxil olduğunu anladan kitabda 15 yaşındakı bir qızın məktəbdə ikən diktator tərəfindən seçilərək qaçırılması haqqında yazı var. Bu hadisə 2004-cü ildə baş verib. Belə ki, Qəddafi məktəblərdən birini ziyarət edəndə qız uşağı ona gül gətirib. Qəddafi də gülü alaraq qızı öpüb. Bu hadisədən sonra o qızın həyatı tamamilə dəyişib. Ertəsi gün həmin qız uşağı anasının gözəllik salonunda işləyən zaman əsgər formalı üç qadın ora daxil olub. Qadınlardan biri Qəddafinin keçən görüşdən qız uşağından xoşu gəldiyini və ona yenidən gül aparmasının lazım olduğunu bildirib.

Anasının buna qarşı çıxmasına baxmayaraq, əsgərlər qızı qaçırmağa müvəffəq olublar. Daha sonra qızı çılpaq halda Qəddafinin qarşısına çıxardıblar. Diktatorun göstərişi ilə qıza açıq-saçıq gecə paltarı geyindirərək otağına göndəriblər. Qızın ona toxunmasına icazə verməməsinə əsəbləşən Qəddafi onu öyrədəndən sonra yenidən qarşısına gətirilməsini tapşırıb.

Fransız qəzetçisi Annick Cojeanın qələmə aldığı kitabda qız o anları belə xatırlayır: "O anı heç vaxt unutmayacam. O, bədənimi ələ keçirtdi, fəqət ruhumu da bir xəncərlə dəlik-deşik etdi" .

Məlumat üçün deyək ki, kitabında bu olaya yer verən qəzetçi hekayənin təsdiqini tapmaq üçün çox əziyyət çəkdiyini bildirdi və bununla məşğul olanda başqa qurbanlarla da tanış olduğunu söylədi.

Tarix
2013.10.26 / 09:17
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla