Yuxarı

“Narkomaniyaya qurşanmağımın səbəbkarı odur...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur meyxanaçı Aydın Xırdalanlıdan şok etiraflar

Meyxana həvəskarlarının sevdiyi tanınmış meyxanaçı Aydın Xırdalanlının son vaxtlar səhhətində yaranan problemlərdən əziyyət çəkdiyini eşidib, birbaş mənzilinə yollandıq. Aydın bəy gəlişimizdən sevindiyini gizlətmədi və həvəslə söhbətə razılıq verdi.

- Bir vaxtlar Aydını hamı qatı dindar kimi tanıyırdı. Son illərdə isə təəssüf ki, narkotik aludəçisi olduğun bilindi. Bu necə oldu? Nələr səbəb oldu buna?

- Başda insanın öz ağlı gəlir. Amma heç nə səbəbsiz deyil. Məni və bir neçə yoldaşımı bu işə bir nəfər sövq etdi, səbəbkar oldu. Adını çəkmək istəmirəm. Amma onu da deyim ki, öz canımızda da var idi. Həmin gün bir meyxanaçı dostumuz bizimlə bir yerdə idi. Ancaq o, bu işə getmədi... Şəxsən mən beş-altı il keçəndən sonra bezdim narkomaniyadan, sonra şükür olsun Allaha ki, üç-dörd il keçəndən sonra qətiyyən əlimi vurmadım.Amma hər gün dərman qəbul edirdim. Onu qəbul edəndə narkotikaya ehtiyac olmur.

- Hazırda meyxana xiridarlarını Aydının indiki vəziyyəti düşündürür. Səhhətin barədə nə deyə bilərsən?

- Hazırda narkotikanın yüngül növündən istifadə edirəm, o da ayda bir-iki dəfə, əsəblərimi sakit etməkçün.

Faiq Ağayev də... narkomandır

- Meyxanaçıların bəzilərinin narkomaniyaya bağlılığını nə ilə əlaqələndirmək olar?

- Bu sırada təkcə meyxanaçıların adını çəkməyin. Ümumiyyətlə, incəsənət aləmi bu barədə zəngindir. Meyxanaçı yazıqların sadəcə adı çıxıb. Bu incəsənət aləmində bir qəribəlik var: müğənnilər, meyxanaçılar narkomaniyaya, aktyorlarımız isə içkiyə meyllidirlər. Onu bilirsən ki, müğənnilərin içində nə qədər narkoman var? Misal üçün biri xalq artisti Faiq Ağayev, Samir Bağırov...
Rəmiş kimi öz sahəsində mahir ifaçı yoxuydu, amma sonra onu narkotika nə vəziyyətlərə saldı. Yenə də Allah Gülü bacının canını sağ eləsin, Rəmişin üstündə əsdi və nəticəsidə gözəl oldu.

20 il əvvələ qayıtsaydım

- Yəni bu adları rahatlıqla çəkirsiniz?

- Mən açığını deyirəm, burda nə var ki? Şəxsən mən bunu deyirəm. Kim demir, özü bilsin. Faiq Ağayevi niyə bıçaqlamışdılar bəs? Kubinkaya narkotik dalıyca getmişdi, orda da nə isə söhbət düz gəlmədiyinə görə yaxşı oğlanların biri altı bıçaq vurmuşdu ona...
Məndən soruşurlar ki, iyirmi il əvvələ qayıtmaq imkanın olsa, yenə də narkomaniyaya meyllənərdin? Əvvəla iyirmi il öncəyə qayıtmaq imkanım olsaydı, mən heç meyxana deməzdim. Narkotika istifadəsinə gəldikdə isə təbii ki, yox. Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar.

"Pristupniy mir" özü də ədalətsizlikdən yaranıb

- Müxtəlif mövzulardan söz açdıq. İndi isə meyxanaçı Aydın Xırdalanlının cəmiyyətdə tutduğu mövqe, ictimai-sosial problemlərə, hakimiyyətə münasibətindən danışaq.

- Əsas odur ki, dövlətdə gərək ədalət olsun. Ədalətsizlikdən çox fəsadlar doğur. "Pristupniy mir" özü də ədalətsizlikdən yaranıb. Ədalət olsa, bu yaranmazdı – "ehtiyac olmaz" yox, "yaranmaz"! Yəni bu ədalətsizliyə qarşı yaranmış bir şeydir.
Cinayətkar görür ki, hakim rüşvət alır, müstəntiq rüşvət alır, "postavoy" rüşvət alır və ondan sonra da günahkara tərəfkeşlik edir. Bu nə deməkdir? Çox yaxşı olardı ki, hər yerdə Allahın qanunu qüvvədə olardı.

- Şairlər adətən xalqın problemlərinə biganə qalmayıblar. Sən də yeri gəldikdə öz etirazını bildirirsən...

- (Sözümü kəsir...) Elə 2001-ci ildə mənim efirdə dediyim:

Əvvəl-əvvəl vətən işğalına imkan veririk,
Sonra sakitliyə, atəşkəsə fərman veririk, –

qafiyəli meyxana etirazımdır da. Əsl şairlər heç vaxt haqsızlığa dözə bilməyiblər. Şair - hissiyatlı adam deməkdir. Hissiyatlı adam da haqsızlığa mütləq etirazını bildirir. Əgər ölkədə təqaüdçü yetmiş-səksən manat pul alırsa və aldığının səksən faizini təkcə çörəyə gedirsə, necə etiraz etməyim? Axı, neftin gəliri gərək bizi bəy balası kimi dolandırsın! Dubayda neftin gəliri sayəsində əhali yüksək səviyyədə dolanır. Amma bizdə necədir?


- Bəs ölkədəki inkişaf, yeni tikililər, abadlaşdırma işləri. Onları görməmək də ədalətsizlikdir axı...

- Sənə qurban olum, əvvəlcə, dövlət gərək xalqın mənəviyyatını abadlaşdırsın. Bir xalq ki, ac oldu, onda mənəviyyat olmaz. Peyğəmbərin bir sözü var, kasıbçılıq bir qapıdan girəndə iman o biri qapıdan çıxar. Bir ailə nə qədər kasıb olsa, orda o qədər imansızlıq olacaq.

Tarix
2013.10.27 / 11:10
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla