Yuxarı

iPhone 5C və 5S satışı Rusiyada başladı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il sentyabrın 10-da ABŞ-ın texnologiya nəhəngi "Apple" tərəfindən tanıdılan iPhone 5C və 5S-in satışı Rusiyada başlayıb.

Barmaq izlərini tanıyan və kompüter performansına yaxınlaşan 5S-ə sahib olmaq istəyən yüzlərlə adam başda Moskva olmaqla Rusiyanın bir çox şəhərində "Apple" mağazalarının qarşısında uzun növbələr yaradıb.

"Axar.az"ın Türkiyə mətbuatına əsasən xəbər verir ki, satış başlamamışdan əvvəl növbəyə dayanan iPhone həvəskarları 16 GB-lıq yaddaşa malik 5C modelini 24 min 999 rubla ala bilirlər. Fərqli rəngli variantlarda olan eyni telefonun 32 GB-lıq modeli isə satışa 29 min 999 rubla (743 azn) çıxarılıb.

Ancaq yeni iPhone 5S sahibləri telefonun sürətli internetə bağlanma xüsusiyyəti olan LTE texnologiyasından istifadə edə bilməyəcəklər. Rusiyadakı operatorların bu texnologiyanı istifadə etmə funksiyası olmasına baxmayaraq, "Apple" şirkəti ABŞ, Kanada və Yaponiya başda olmaqla hələlik yalnız 9 ölkəyə bu funksiyadan istifadəyə icazə verir.

LTE-dən Rusiyada istifadə edə bilmək üçün ölkə operatorlarının istifadəçilərinə keyfiyyətli və sürətli internet təmin etdiklərini "Apple" şirkətinə sübut etməlidirlər.

"Apple"ın bu addımı atmasına səbəb isə keyfiyyətsiz xidmətin telefonu istifadəçilərin gözündən salacağından çəkinməsi olub.

Tarix
2013.10.26 / 13:11
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla