Yuxarı

Ramiz Mehdiyev: “Avropa müstəqil siyasət yürüdə bilmir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ prezident seçkilərini ləkələməyə yönələn yalan mövqe ortaya qoyur"

"Axar.az" xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qərbin Azərbaycandakı prezident seçkilərinə dair mövqeyini yenə tənqid edib.

R.Mehdiyev "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında ABŞ-ın ATƏT-dəki səfirinin AŞPA-nı Azərbaycandakı seçkiləri təriflədiyinə görə tənqid etməsinə, habelə Avropa Parlamentinin seçkilərə dair əvvəl verdiyi müsbət rəyi dəyişərək, ATƏT-in rəyini dəstəkləyən qətnamə çıxarmasına sərt münasibət bildirib.

Prezident Administrasiyasının rəhbəri deyib ki, Avropanın son vaxtlar yürütdüyü siyasəti analiz edərək bir neçə mühüm məqamı ayırmaq olar:

"Hər şeydən əvvəl pozitiv məqamı - Avropa Parlamentinin qətnaməsində Ermənistan-Azərbaycan münaqişəsinə dair bəndi qeyd etmək olar. Orada deyilir ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamələri əsasında həll olunmalıdır. Bu qətnamə bir sıra Avropa strukturlarının Azərbaycan ərazilərinin işğalı məsələsinə ciddi yanaşmasından xəbər verir. Eyni zamanda bu, Ermənistanın xarici siyasətinin münaqişənin səbəblərini təhrif etmək və başqa dövlətin ərazilərinin işğalı faktına haqq qazandırmaq üzərində qurulan xarici siyasətinin daha bir iflasıdır".

Tarix
2013.10.26 / 14:28
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla