Yuxarı

Romanlar oxucuya necə təsir edir - Araşdırma

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyatın hansı xüsusiyyətlərə sahib olduğu sualına cavab tapmaq o qədər də asan deyil. Ən azı dərhal tapmaq.

Yeni bir araşdırmaya görə "yaxşı ədəbiyyat" dediyimiz mətnlərin qarşımızdakıları daha yaxşı anlamağa köməkçi olduğu, bununla yanaşı romantik və duyğusal zəkamızı inkişaf etdirdiyi ortaya çıxıb. Amerikalı professor Emanuel Kastano və David Komer Kiddin reallaşdırdığı yeni araşdırmada bildirilir ki, ədəbi roman oxuyanların populyar roman oxuyanlarla müqayisədə daha çox empati (özünü başqasının yerinə qoya bilmək) qura bildiyi məlum olub.

Enis Batarın sözlərinə görə, "Müştəri əsasına görə əldə edilən populyar ədəbiyyatın bir əylənmə vasitəsindən, istehlakçı üçün istehsal olunan maldan fərqi yoxdur. Yaxşı ədəbiyyatsa yalnız əyləncədən ibarət deyil. Belə ki, bir qisim oxucuya Luis Erdric, Jasmin Vard, Don Delillo, Vendel Berri kimi ədəbi yazarların əsərləri, digərlərinə isə Cillian Flinn, Rosmunde Pilser, Daniel Steel və Robert Heinlein kimi populyar yazarların kitabları oxudulub. Bu oxumalardan sonra kitablardakı xarakterlərdən təsirlənənlərin ictimai və romantik duyğuları test edilib. Testlərdən də bəlli olub ki, kitab haqqında deyilənlər həqiqətən də doğrudur.

Ədəbi romanlar oxucusunu yazara çevirəcək gücə sahibdir

Araşdırmanı hazırlayan Kiddə görə ədəbi romanlar fantastikadan kənar xarakterlərə daha çox yüklənir. Bu cür əsərlərdə, ümumiyyətlə, tək bir avtoritar olmur. Xarakterlər haqqında şərh etmənin, bir nəticə çıxarmanın oxucuya buraxıldığı və bu hərəkətlərin eynilə gündəlik həyatda başqalarıyla olan əlaqələrimizə bənzədiyi bildirilir. Ədəbi romanları oxuyan oxucu demək olar ki, yazara çevrilər və xarakterlər arasındakı boşluqları doldura bilər. Bunun səbəbi isə oxucunun oxuyarkən düşünmək məcburiyyətində olmasıdır.

Oxuma vərdişinin olması insanların davranışlarına müsbət təsir edir.

Araşdırmada bir yazarın yorulmadan yaxşı ədəbiyyat yaradılmasında iştirak etməyə çalışması onun uğuru kimi dəyərləndirilir.

Tarix
2013.10.26 / 20:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla