Yuxarı

Məhşur roker Lu Rid vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roling Stone" jurnalının yaydığı məlumata görə, əfsanəvi rok-ifaçı və "The Velvet Underground" qrupunun eks-lideri Lu Rid 71 yaşında vəfat edib. Rəsmi olaraq ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, 2013-cü il aprel ayında qastrol səfəri zamanı musiqiçinin halı pisləşib və konsertlər təxirə salınıb. Daha sonra mətbuatda məlumat yayılıb ki, rokerin ciyəri sıradan çıxıb. May ayında musiqiçi qaraciyər köçürməsi əməliyyatı keçirib.

Lüis Alan Rid "The Velvet Underground" rok-qrupunun yaradıcı və liderlərindən biri olub. Öz fəaliyyəti zamanı (60-70-ci illər) geniş populyarlıq qazanmasa da, bir çox müasir rokerlər onların yaradıcılığına maksimal təsir edən qruplardan birinin də "The Velvet Underground" olduğunu bildirib.

Lu Ridin son albomu "Hudson River Wind Meditations" 2007-ci ildə işıq üzü görüb. 2011-ci ildə metal-qrup "Metallica" ilə "Lulu" adı altında birgə səsyazmada iştirak ediblər.

Tarix
2013.10.28 / 10:06
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla