Pakistan ordusundan əməliyyat: 8 silahlı məhv edildi
20:08
Ana səhifə Planet |
Əfqanıstanın Qazni vilayətində toya gedənləri aparan mikroavtobus minaya düşüb. Əksəriyyəti qadınlar olan mikroavtobus qəzasında 18 nəfər ölüb, 5-i yaralanıb.
"Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın təhlükəsizlik işçiləri mikroavtobusun yolun kənarında əvvəlcədən quraşdırılmış minaya düşdüyünü və hadisə nəticəsində çoxu qadın olmaqla 18 nəfərin öldüyünü, 5 adamın isə yaralandığını bildirib.
Əfqanıstan prezidenti Həmid Kərzai baş vermiş qəza hadisəsini qınayıb və bunu edənlərin İslam düşmənləri olduğunu vurğulayıb.
Tarix
2013.10.28 / 12:32
|
Müəllif
Nilüfər Muğantürk
|