Yuxarı

Ciyər xərçənginə lazerlə son! (R)

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ən çox yayılan xərçəng növü ağciyər və qaraciyər xərçəngidir ki, bunun da yaxın gələcəkdə tam müalicəsi mümkün olacaq.

Bunu Publika.az-a açıqlamasında Türkiyənin Bayındır Sağlıq Qrupu xəstəxanasının Radiloji şöbəsinin müdiri, professor Okan Akhan bildirib. "Azərbaycanda və Türkiyədə statistik rəqəmlər demək olar ki, eynidir. Hər iki ölkədə qaraciyər və ağciyər xərçəngi daha geniş yayılıb. Qaraciyər və ağciyərdə əmələ gələn şişləri əməliyyatsız, texniki üsullar və mikro dalğa üsulu ilə müalicə edirik". Okan Akhan əldə etdikləri nəticələri oktyabrın 26-da Bakıda keçirilən onkoloji xəstəliklərin müalicə və müayinə üsulları haqqında simpoziumda əyani şəkildə nümayiş etdirib. Azərbaycan Milli Onkologiya Mərkəzi və Bayındır Sağlamlıq qrupunun təşkil etdiyi simpoziumda çıxış edən mərkəzin direktoru Fuad Quliyev bildirib ki, tədbirin təşkilində əsas məqsəd xərçəng xəstələrinin müalicəsinə dair biliklərin paylaşılması və xəstələrə kömək etməkdir.

"Müasir Azərbaycan Respublikasının yaranmasında ilk günlərdən bu günə kimi keçdiyimiz tibbin inkişaf yollarında qardaş Türkiyəni hər zaman yanımızda görmüşük. Hər iki dövlət arasında sıx əlaqələr mövcuddur. Dövlət rəhbəri Cənab İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində sayəsində son 10 ildə səhiyyə sistemində böyük nailiyyətlər qazanılıb. Səhiyyə sisteminin və elmin inkişafında gənc kadrların yetişdirilməsi daima dövlət başçısının diqqətində olub. Bu günki simpozium isə yuxarıda qeyd etdiyim məsələlər sıx bağlıdır. "

Daha sonra isə Professor Okan Akhan görüntüləmə üsulu ilə şişlərin müalicəsi mövzusunda çıxış edib. Tibbin əldə etdiyini nailiyyətlər sayəsində hazırda invaziv yolla, yəni cərrah bıcağı ilə müdaxilə olmadan incə iynə ilə qaraciyər və ağciyərə girib lazer şüaları ilə xərçəng hüceyrələrini tam məhv etmək mümkündü. Həkimin bildirdiyinə görə, bu qapalı əməliyyat 30-40 dəqiqə davam edir. Okan Akhan Publika.Az-a açıqlamasında bildirib ki, xəstələr arasında onlara Azərbaycandan da çox sayda müraciət edənlər var.

Professor yaxın qohumlar arasında xərçəng xəstəliyi olanların gənc yaşlarından etibarən mütəmadi olaraq müayinədən keçməyin vacibliyini də vurğulayıb. "Xüsusən də anasında, nənəsində, xalasında döş xərçəngi olubsa, qadınlar erkən yaşlardan etibarən hər il müayinədən keçməlidir. Bundan başqa 40 yaşından sonra bütün qadınların müayinədən keçməsi vacibdir.

Qaraciyər xərçəngi isə ailədən keçən xəstəlik deyil. Amma ən kiçik problem və şikayət olanda xəstəliyin erkən tapılması üçün həkimə müraciət etmələrini tövsiyə edirəm".

O.Akhan xərçəng xəstəliyinin müalicəsinin gələcəkdə tamamilə mümkün olduğunu bildirib. "30-40 il bundan əvvəl yeni çıxan cihazların nə vaxtsa mövcud olduğunu ağlımıza belə gətirə bilməzdik, tibb elmi çox inkişaf edib. Yeni texnologiyalar və müalicə alternativləri xərçəng xəstəliyinin müalicəsinin gələcəkdə tamamilə mümkün olduğuna dair bizə yeni üfüqlər açır. Hazırda da xərçəng xəstəliyinin üçdə biri müalicə olunur, üçdə birinin ömrünü mümkün qədər uzada bilirik, yerdə qalanı isə təəssüflər olsun ki, həyatını itirir ".

Redaksiyadan: Bayındır Sağlıq Qrupunun Azərbaycandakı nümayəndəliyi ilə əlaqə telefonu – 050 5443040

Tarix
2013.10.28 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla