Yuxarı

Orta Asiyadan gələn Volqa

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmmədov Əlvan Cahangir oğlu 1987-ci ildə Bakıda anadan olub. Mobil operatorların birində müştərilərlə əlaqə şöbəsində çalışır. Əlvan bəy öz sevimli "Volqa-Qaz 2410"-u haqda bunları deyir:

- Bu "Qaz 2410", 1989-cu ildən bizim ailəyə məxsusdur. Elə maşının buraxılış ili də 1989-dur. O vaxt eksporta verilən maşınlar varıydı. Onların keyfiyyəti və digər göstəriciləri daxili bazara buraxılan maşınlardan fərqlənirdi. Bax, elə bu eksport variant olan "Qaz 24"ü 60.000 rubla babam Orta Asiyadan gətizdirib. Maşın bizim qaraja gəlib çatan kimi son boltuna kimi sökülüb və "movil" deyilən qatqı ilə yağlanıb. Həmin o "movil" maşını çürüməyə qoymur. Elə buna görə də, bu günə qədər maşında zərrə qədər çürümə yoxdur.

Cəmi 82.000 km

Maşın çox az sürülüb. Babam o vaxt dövlət strukturunda işləyirdi. Az bir müddət onu bu maşınla şofer aparıb-gətirib, vəssalam. Ondan sonra maşın qalıb qarajda. Mən də ailənin birinci övladı və babanın ən böyük nəvəsi olduğuma görə, baba sağlığında bu maşını mənə hədiyyə edib. 2003-cü ildən etibarən bu maşın bizim qarajda qalıb. 1989-cu ildən bu günə qədər cəmi 82.000 km yol gedib. Bir sözlə, mənim maşınım əziyyət görməyib.
Düzdür, maşında bir sıra detal dəyişmələri olub. Ancaq şəhərimizdə maşın həvəskarları çoxdur, onlarda xüsusi ştampı olan detallar var. Dəyişiləsi bir detal olanda, birbaşa həmin adamlara müraciət edib, zavod istehsalı olan "SSSR" ştamplı ehtiyat hissələrindən alıram.

Sata bilmirəm

Mənim uşaqlıq illərim bu maşınla keçib. Rəhmətlik babam, işdən gələndə məni də götürərdi, gedərdik dəniz kənarına, hərdən də Bakı ətrafı rayonlara, kəndlərə aparardı məni. İndi maşını satmaq istəyim olsa da, bu maşında yaşadığım nostalji hisslər satış istəyimin qarşısını alır. Amma gec-tezi var, yəqin ki, bu maşınla mən də bir gün sağollaşmalıyam. Satanda da elə adama satmaq istəyirəm ki, o da mənim kimi bu maşının qədrini bilsin. Bəlkə 10.000 dollara satdım...

Tarix
2013.10.30 / 20:03
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla