Yuxarı

Orduda inanılmaz olay: Zabit öz əsgərini güllələdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayının 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə dəhşətli hadisə baş verib.

Hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala atıb.

Bu barədə "Axar.az"a əsgərin anası Əminə Hüseynzadə məlumat verib. O, qeyd edib ki, oğlu döyüldükdən sonra kürəyindən bir güllə yarası da alıb. Güllə Cəmilin ürəyinin alt nahiyəsindən keçərək sinəsindən çıxıb və bu xoşbəxt təsadüf nəticəsində oğlu sağ qalıb.

Ə.Hüseynzadənin bildirdiyinə görə, onlara oğlanlarının itkin düşdüyü və tabeliyindəki silahı götürərək hərbi hissəni tərk etdiyi barədə məlumat verilib. Hadisənin səhəri günü (27 oktyabr) isə əsgər Cəmil Hüseynzadə hərbi hissənin yaxınlığındakı kanaldan tapılıb. Ölümcül döyülən əsgəri yaxınlıqdan keçən bir nəfər görüb və onu Gəncə Hərbi Hospitalına çatdırıb. Reanimasiya şöbəsində gözlərini açan əsgərin dediyinə görə, o, döyüldükdən sonra qaçıb. Bu zaman əsgər arxadan, kürəyindən güllə yarası alıb və kanala düşüb.

Hazırda C.Hüseynzadə Gəncə Hərbi Hospitalının reanimasiya şöbəsindədir. Əminə Hüseynzadənin sözlərinə görə, Gəncə Hərbi Hospitalının reanimasiya şöbəsinin müdiri Azər adlı həkim xəstəni ağır vəziyyətdən çıxarmaq üçün bütün mümkün üsullardan istifadə edir.

Qeyd edək ki, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Lənkəran rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

"Axar.az" olaraq Müdafiə Nazirliyinin münasibətini öyrənməyə cəhd etdik. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirdi ki, iş vaxtı bitdiyi üçün bu barədə yalnız sabah açıqlama verə bilər.

Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, bir həftə əvvəl baş verən bu hadisədə əsgər öz-özünü güllələyib.

Mövzunu davam etdirəcəyik.

Tarix
2013.10.31 / 19:21
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla