Yuxarı

Əvəz Temirxan: “İsa Qəmbər - Molotov ləqəbli KQB agenti”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "feysbuk" hesabında yazdığı statusda Rəsul Quliyev və Lalə Şövkəti ittiham edib və onları müxalifətin birliyinin pozmaqda günahlandırıb:

"Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi".

"Molotov" ləqəbli "KQB" agenti

ALP-nin sədri Əvəz Teymurxan "Axar.az" açıqlamasında A.Hacılının bu statusuna cavab olaraq İsa Qəmbərin ünvanına kəskin ittihamlar irəli sürdü və onu hakimiyyətin adamı adlandırdı:

"Əgər doğrudan da demokratiya uğrunda mübarizə aparırlarsa, niyə 98-ci ilə mənəvi liderləri Elçibəyi Lalə Şövkətlə Rəsul Quliyev Elçibəyi vahid namizəd gördüyü halda, İsa Qəmbər buna qarşı çıxdı?

Niyə İsa Qəmbər 2013-cü ilin 21 avqustunda Lalə Şövkətin və Rəsul Quliyevin siyasi liderlərin vahid namizədliyinə dəstək verəcəklərini bəyan etməsinə baxmayaraq, nə konsensus, nə də reytinq səsverməsiylə dörd namizəddən - Əli Kərimli, Eldar Namazov, Mirmahmud Mirəlioğlu və özünün - birinin vahid namizəd olmasına razılıq vermədi?

Niyə 2003-cü ildə İsa Qəmbər öz ünvanına, "Molotov" kliçkalı KQB agentidir", - deyə söylənilən ittihamlara indiyə kimi cavab vermir və onları məhkəməyə vermir?"

Rüstəm İbrahimbəyovu İsa Qəmbər "qaraladı"

Əvəz Temirxan Müsavat başqanını ümzalanan bəyanata zidd olaraq, "saxta parlamentə" getməkdə də ittiham etdi:

"2005-ci ildə Lalə Şövkətlə imzalanmış bəyanata zidd olaraq, 4 mandatla saxta parlamentə gedib parlamenti legitimləşdirən də İsa Qəmbər idi. İttiham etdikləri Lalə Şövkət isə mandatdan imtina etdi.

Kim qarantiya verir ki, İsa Qəmbər bunu iqtidarın onun əlehinə olan kompramantlarından qorxaraq, hakimiyyətin tapşırığı ilə etməyib?"

Biz Milli Şuradan İsa Qəmbərə görə çıxdıq

Ə.Temirxan Milli Şuradan çıxmalarına da bir daha aydınlıq gətirib:

"Bizim Milli Şuradan çxmaq səbəbimiz də İsa Qəmbərlə bağlıdır. Vahid namizədin olmasına imkan vermədilər, Rüstəm İbrahimbəyovun üzərinə hücuma keçdilər, onu "Rusiya agenti" adlandırdılar. Bundan sonra orda qalmaq olmazdı".

Tarix
2013.11.01 / 11:41
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla