Yuxarı

Rüstəm İbrahimbəyov: “Bu, artıq çətin sualdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Qüvvələrin Milli Şurasının sədri, Ziyalılar Forumu üzvü Rüstəm İbrahimbəyov "AzNews.az"a müsahibə verib.

- Ziyalılar Forumunun üzvlərindən iqtidar-müxalifət dialoqunun başlanması təklifi irəli sürülüb. Bu təklifdən məlumatlısınızmı?

- Bu barədə məndə heç bir məlumat yoxdur. Bəs, mənim niyə xəbərim yoxdur? Təəssüf edirəm ki, bu barədə gərçəkdən məlumatsızam. Söhbətin nə barədə getməsindən xəbərsiz olduğuma görə heç bir fikir deyə bilməyəcəm.

Söhbət tək mənim deyil, Ziyalılar Forumunun adından gedirsə, mütləq bunu müzakirə etməliyik. Müzakirələr aparıldıqdan sonra qərar vermək olar. Bu elə bir məsələdir ki, mütləq müzakirəyə çıxarılmalıdır. Görünür, bununla bağlı Bakıda söhbətlər aparılır. Amma mənə hələ bir söz deyilməyib.

- Milli Şurada həmsədrlik institutunun yaradılması məsələsinə münasibətiniz necədir? Bəzi müxalifət nümayəndələri və Milli Şuranın üzvləri isə bu qurumun sədri kimi Cəmil Həsənlini görür...

- Bunu mən təklif etdim və bildirdim ki, gəlin həmsədrlik institutu yaradaq. Mən buna gərçəkdən razıyam. Açığını deyim ki, bunu ürəkdən istəyirəm. Amma bu elə bir məsələdir ki, tək təkliflə iş bitmir. Mən təklifi verdim.

Milli Şura da müzakirəyə çıxarıb qərar verməlidir. İndi gözləyirəm ki, görək Milli Şura nə deyəcək. Mən professor Cəmil Həsənlinin milli lider kimi qəbul edirəm. Çox şad olardım ki, Cəmil Həsənli bu vəzifəni öz üzərinə götürsün.

- Milli Şuranın gələcək formatını necə görürsünüz?

- Bu artıq çətin sualdır. Bunun cavabını bir iki kəlmə ilə demək mümkün deyil. Həmin məsələni müzakirə etmək üçün üz-üzə oturmaq, hadisələri dərindən analiz etmək lazımdır. Milli Şuranın çox geniş planları var. İnanıram ki, o planlar yaxın gələcəkdə həllini tapacaq.

- Milli Şuradan istefanızla bağlı fikirlər də sizinlə eyni düşərgədə təmsil olunanlar tərəfindən səsləndirilib...

- Xeyir, bunu heç ağlımdan da keçirmirəm. Belə planım yoxdur, olmayacaq da... Nə qədər ki, Rüstəm var, Milli Şura da var.

- Seçkilər başa çatdı. Azərbaycana qayıtmaq, proseslərdə iştirak etmək, iclaslara qatılmaq kimi fikriniz varmı?

- Mütləq. Belə bir fikrim gerçəkdən var. Bu fikrin hələlik həyata keçməməsinin məlum səbəbləri mövcuddur. Hələlik həmin səbəblər öz həllinin tapmayıb. Buna görə də Azərbaycana gəlişim ləngiyir.

Tarix
2013.11.01 / 11:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla