Yuxarı

Urmiyada 11 azərbaycanlı edam olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Urmiyanın mərkəzi zindanında ikisi qadın olmaqla 11 nəfər asılaraq edam edilib.

"Amerikanın səsi"nin məlumatına görə, edam edilənlərin altısı narkotik qaçaqçılığı, biri isə qətl ittihamı ilə mühakimə olunublar. Digər dörd nəfərin hansı ittihamlarda təqsirli bilindiyi bəlli deyil.

Veb-səhifələr edam edilən 7 nəfərin adını da açıqlayıb. Onlar Kamil Səidi, Kamil Həbibi, Zəki Xani, Məhəmməd Gürcü, Müsəyyib Sadati, Vəli Məhəmmədzadə və Yədulla Məhmudidir. Digər dörd nəfər, o cümlədən edam edilən iki qadının kimliyi ilə bağlı isə məlumat verilmir.

Son bir neçə ay ərzində, xüsusilə də Həsən Ruhaninin prezident seçilməsindən sonra Cənubi Azərbaycanın Urmiya, Ərdəbil və Təbrizin mərkəzi zindanlarında icra edilən edam hökmlərinin sayının kəskin artdığı bildirilir. Güneydən gələn məlumatlara görə, hələ zindanlarda xeyli məhbus var ki, onlar edam olunacaqları günü gözləyir. Edam cəzasına məhkum olunanlar arasında milli fəallar, Güneyin istiqlalı və haqqı uğrunda mücadilə aparan şəxslərin də olduğu bildirilir.

"İranda narkotik qaçaqçılığı ilə ittiham edilənlərin əksəriyyəti yoxsul insanlar, habelə qadınlar, etnik qruplar və dini azlıqların nümayəndələri, eləcə də xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilir", -deyə "Amnesty İnternational" İranla bağlı yaydığı bəyanatında qeyd edib.

Tarix
2013.11.01 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla