Yuxarı

Şeyx ermәni әsirlә görüşdü - VİDEO

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu ilin avqustunda Qarabağda əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyana erməni katalikosu ikinci Qarageninin xahişilə baş çəkib. Görüşdə rus Pravoslav Kilsəsinin arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete iştirak edib.

Dini liderlər hərbi əsirin saxlanma şəraiti və sağlıq durumu ilə maraqlanıblar. İnciqulyan və saxlanma yerinin rəsmiləri görüşə gələnlərə məlumat veriblər. Akop İnciqulyan vəziyyətinin yaxşı olduğunu və burada incidilmədiyini bildirib. Hərbi əsir Bütün Qafqazın Şeyxinə ermənilərin katalikosu ikinci Qaragenin yazdıqlarının əksinə olaraq, Azərbaycana guya azıb keçməsi barədə məlumatları təkzib edib. Hərbi əsir Azərbaycan tərəfə bilərəkdən keçdiyini qeyd edib. O, bunu Ermənistan ordusunda incidilməsi, tez-tez döyülməsi və işgəncələrə məruz qalması ilə izah edib. Əsir Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayevin sualına cavabında bildirib ki, onu əvvəl döyüb, sonra istirahət vaxtı iş dalınca göndəriblər, su içmək bəhanəsi ilə oranı tərk edərək Azərbaycan tərəfə keçib.

Hərbi əsir Rus Pravoslav Kilsəsinin arxiyepiskopu Aleksandr İşeindən Ermənistana qaytarılmamasını xahiş edib. Ata və anasının orada işləmədiyini, dolanışığın və vəziyyətin yaxşı olmamasını bildirən əsir üçüncü ölkəyə göndərilməsi arzusunu çatdırıb. Dini liderlər onu da bildirib ki, hərbi əsirin saxlanma şəraiti və onunla rəftar beynəlxalq konvensiyalara uyğundur və bunu Akop İnciqulyanla görüşə gedərkən onun kabab yediyinin şahidi olublar.

Dini liderlərin 2010-cu il bəyannaməsinə görə, Azərbaycanın və Ermənistanın dini liderləri hərbi əsirlərlə bağlı problemlərin həllində qarşılıqlı yardım göstərmək barədə öhdəlik götürüblər. Görüşdə Qırmızı Xaç Komitəsinin icazəsi olmadığına görə, jurnalistlərin iştirakına icazə verilməyib. ("Anspress.com")

Tarix
2013.11.01 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla