Yuxarı

Zahid Oruc: “Gənclərə təhsil almağa imkan verilmir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq uzun müddətdir ki, ali təhsilin maqistratura pilləsinə daxil olanlara əsgərlikdən möhlət hüququnun verilməsi məsələsi gündəmdədir. Böyük əksəriyyət hesab edir ki, hərbi xidmətə çağırışla bağlı qanuna əlavə və dəyişiklik edilə və magistlara hərbi çağırışdan möhlət hüququ verilə bilər.

Bəs, qanunu qəbul edəcək millət vəkilləri və ya mütəxəsislər nə düşünür?

Bu, hərbidən azad etmə deyil

"Qanun layihəsi maqistr dərəcəsi alanları hərbidən azad etməyi deyil, möhlət hüququnun bərpasını nəzərdə tutur".

Bu sözləri "Axar.az"a millət vəkili Zahid Oruc dedi. Z.Oruc bildirdi ki, Elm haqqında qanun layihəsində maqistratura pilləsinə daxil olanların əsgərlikdən möhlət hüququnun verilməsi məsələsi əks olunub və Müdafiə Nazirliyi sistemində, ümumiyyətlə, silahlı qüvvələrdə baş vermiş son dəyişikliklər fonunda parlament və hökumətin birgə əməkdaşlığı nəticəsində layihə gerçəkləşəcək: "Ona görə ki, bir tərəfdən Azərbaycanda alimlərimiz kifayət qədər yuxarı yaşa malikdir. Çünki təhsilin yuxarı pilləsində qadınlar çoxluq təşkil edir və balans ciddi şəkildə pozulub".

Millət vəkili bildirdi ki, bu narahatlığın bir səbəbi də həqiqi hərbi xidmətdən möhlət hüququnun olmaması ilə bağlıdır:

"Bakalavır pilləsini bitirən oğlanlara maqistr dərəcəsini başa vurmağa imkan verilmir və orduya cəlb olunurlar. Bu halda isə onların böyük əksəriyyəti geri dönərkən elmdən uzaqlaşmış olurlar, təhsildə fasilələr onlara ziyan vurur. Bu üzdən maqistratura üçün belə bir hüquq tanınsa, bundan sonra onlar alim hüququnu qazanmaq üçün müdafiəyə buraxılarlar. O zamana kimi möhlət hüququnu qüvvədə saxlamaq olar. Alim adını qazananlar bütövlükdə ehtiyata keçirilməsi reallaşar, digərləri isə xidmətə cəlb olunarlar".

Altı aylıq hərbi xidmət

Təhsil eksperti Etibar Əliyev qeyd etdi ki, Bakalavrı bitirdikdən sonra məzunların yalnız 2-3%-i elmə daha çox maraq göstərir: "Maqistratura şəxsin elmi kadr kimi hazırlanması mərhələsidir. Ona görə də bu 2-3%-in ümumiyyətlə ordu sıralarına çağırılmaması daha yaxşı olar. Azərbaycanda 120 min şagirddən təxminən 30-32 mini tələbə adını qazanır. Digər 80 minə yaxın məzunun isə az bir qismi peşə təhsili alır. Yerdə qalan hissəsi ümumiyyətlə təhsil almaq istəmir.

Təhsilini davam etdirmək istəyənlərin orduya cəlb edilməsi onların təhsilə olan marağını daha da azaldır. Maqistratura pilləsindən sonra 6 ay müddətinə onların ordu sıralarında xitmət etməsi barəsində qərar qəbul edilməsi Azərbaycan üçün faydalı olar".

Tarix
2013.11.02 / 09:56
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla