Yuxarı

Bin Ladeni satdığını iddia edən şəxs 25 milyon tələb edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miçiqan ştatından olan biznesmen ABŞ hakimiyyətinə terrorçu Usama bin Ladenin yerləşdiyi yer barədə ələ keçməsindən bir neçə il əvvəl məlumat verdiyini bəyan edib və 25 milyon dollar məbləğində mükafatı tələb edir. Biznesmenin hüquqşünası bu barədə məktubla müraciət edib.

"Loevy & Loevy" hüquq şirkətinin FTB-nin direktoru Ceyms Komiyə ünvanladığı məktubda iddia edilir ki, Tom Li Pakistan kəşfiyyatının əməkdaşlarının birindən terrorçunun Abbotabad şəhərində gizləndiyi barədə bilgi aldığını bildirib. Bundan sonra məktubda, hələ 2003-cü ildə biznesmen ABŞ-ın hakim orqanlarına beynəlxalq terror təşkilatı "Al - Qaidə"nin liderinin sığınacağının koordinatlarını açıqladığı iddia edilir.

Usama bin Ladenin ələ keçirilməsi üçün 25 milyon dollar məblğində pul mükafatı ABŞ dövlət departamentinin "Rewards for Justice" (Ədalət uğrunda mükafat) proqramı çərçivəsində təyin edilmişdi. Başinqtonun 11 sentyabr 2001-də ABŞ-da törədilən törədilən terrorda cavabdehliyi üzərinə qoyduğu "Əl-Qaidə" lideri Usama bin Laden, Amerikanın xüsusi təyinatlı hərbçiləri tərəfindən 2 may 2011-ci ildə Pakistanın şimalında yerləşən Abbotabad şəhərinin yaxınlığındakı evində öldürülmüşdü.

Hakimiyyət həmin ilin mayın axırında bəyan etmişdi ki, əməliyyat radioelektron kəşfiyyatın ötürdüyü bilgilər əsasında həyata keçirildiyindən mükafat heç kimə çatmayacaq. ("Anspress.com")

Tarix
2013.11.02 / 13:09
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla